“Yol
hərəkəti haqqında” Azərbaycan
Respublikasının Qanununa və Azərbaycan
Respublikasının İnzibati Xətalar
Məcəlləsinə dəyişikliklər və əlavələr
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
“Yol hərəkəti
haqqında” Azərbaycan Respublikasının Qanununa
və Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə dəyişikliklər və
əlavələr edilməsi haqqında” Azərbaycan
Respublikasının 2010-cu il 22 iyun tarixli 1045-IIIQD nömrəli
Qanununun qüvvəyə minməsi ilə
əlaqədar həmin Qanunun tətbiq
edilməsini təmin etmək məqsədilə qərara
alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikasının
Qanununa və Azərbaycan Respublikasının
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər
və əlavələr
edilməsi haqqında”
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası
Qanununun 27-ci maddəsinin
6-1-ci hissəsində nəzərdə
tutulmuş daşınar
əmlakın müvafiq
rəsmi reyestrlərindən
çıxarışların formalarını təsdiq
etsin;
1.4. öz
səlahiyyətləri daxilində
“Yol hərəkəti
haqqında” Azərbaycan
Respublikasının Qanununa
və Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsinə
dəyişikliklər və
əlavələr edilməsi
haqqında” Azərbaycan
Respublikası Qanunundan
irəli gələn digər məsələləri
həll etsin.
2. “Yol hərəkəti haqqında”
Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 22
noyabr tarixli 24 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1998-ci il, ¹11, maddə
666; 2001-ci il, ¹7, maddə
459; 2003-cü il, ¹10, maddələr
546, 571; 2004-cü il, ¹8, maddə
617, ¹12, maddə 1005; 2006-cı il, ¹9, maddə 743; 2008-ci il, ¹8, maddə 719; 2009-cu il, ¹ 4, maddə 226, ¹ 8, maddə 630) 2-ci bəndinə
aşağıdakı dəyişikliklər
və əlavə edilsin:
2.1. üçüncü abzasda
“27-ci maddəsinin 1-ci hissəsində,”
sözləri “27-ci maddəsinin
1-ci və 6-1-ci hissələrində,”
sözləri ilə əvəz edilsin;
2.2. dördüncü
abzasda “84-cü maddəsinin
adında, birinci cümləsində, 2-ci, 6-cı” sözlərindən sonra
“, 6-1-ci” sözləri əlavə
edilsin, “85-ci maddəsinin
adında, birinci cümləsində, 2-ci bəndinin
qeydində” sözləri
“85-ci maddəsinin adında,
birinci cümləsində,
2-ci bəndinin ikinci abzasında, 2-ci bəndinin
qeydində (hər iki halda)” sözləri
ilə əvəz edilsin.
3. “Azərbaycan
Respublikasının İnzibati
Xətalar Məcəlləsinin
təsdiq edilməsi, qüvvəyə minməsi
və bununla bağlı hüquqi tənzimləmə məsələləri
haqqında” Azərbaycan
Respublikası Qanununun
tətbiq edilməsi barədə” Azərbaycan
Respublikası Prezidentinin
2000-ci il 29 avqust tarixli 389 nömrəli Fərmanına (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2000-ci il, ¹8,
III kitab, maddə 612;
2001-ci il, ¹7, maddə
462, ¹10, maddə 640, ¹12, maddə
755; 2002-ci il, ¹1, maddə
49, ¹5, maddələr 260, 275, ¹8, maddələr 478, 484, 486; 2003-cü il, ¹6, maddə 299, ¹8, maddə 434, ¹9, maddə
478, ¹10, maddələr 546, 547, 560, 571, 582;
2004-cü il, ¹1, maddələr
19, 26, ¹3, maddələr 138, 141, ¹4, maddə 235, ¹5, maddələr
340, 341, 343, 345, 346, ¹8, maddələr 607,
608, ¹11, maddə 909, ¹12, maddə
1005; 2005-ci il, ¹2, maddələr
67, 69, ¹4, maddələr 299, 303, ¹8, maddə 702, ¹9, maddələr
801, 802, ¹12, maddə 1101; 2006-cı il, ¹2, maddə 83, ¹4, maddələr 321, 322, ¹5, maddə
407, ¹7, maddə 590, ¹8, maddələr
662, 663, 674, 675, 679, ¹9, maddə 743, ¹11, maddələr 942, 945; 2007-ci il,
¹1, maddə 11, ¹2, maddə
87, ¹3, maddə 230, ¹7, maddə
715, ¹8, maddələr 767, 769, ¹11, maddələr 1110, 1116, 1120, ¹12, maddə 1227; 2008-ci il, ¹1, maddə 7, ¹3, maddə 186,
¹6, maddələr 504, 507, ¹7, maddə 617, ¹8, maddə
713, ¹9, maddə 798, ¹10, maddə
894, ¹11, maddələr 969, 971, 980, ¹12, maddələr 1060, 1061, 1062, 1065; 2009-cu il, ¹2, maddə 330, ¹3, maddə 163, ¹4, maddə
226, ¹5, maddə 330; ¹7, maddələr
532, 535, 539, 540, 542, ¹9, maddə 688, ¹ 10, maddələr 776, 785, ¹ 12, maddələr
979, 993; 2010-cu il, ¹ 2, maddə
80, ¹3, maddə 189; Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 24 may tarixli
264 nömrəli Fərmanı)
aşağıdakı əlavələr
edilsin:
3.1. 2.8-ci bənddə
“408-ci,” sözündən sonra
“421.3-cü,” sözü əlavə
edilsin;
3.2. 3.3-cü bənddə
“155.1-155.3-cü,” sözlərindən sonra “155.6-cı” sözü
əlavə edilsin.
4. Azərbaycan
Respublikası Prezidentinin
2007-ci il 28 sentyabr tarixli, 634 nömrəli Fərmanı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2007-ci il, ¹ 9, maddə 872; 2008-ci il, ¹ 3, maddələr 169, 186, ¹ 5, maddə
364, ¹ 6, maddələr 483, 504, ¹ 12, maddə 1057; 2009-cu il, ¹ 2,
maddələr 59, 73, 69, ¹ 5, maddə 321, ¹ 6, maddə
421; 2010-cu il, ¹ 2, maddə
80, ¹3, maddələr 180, 184, 193; Azərbaycan Respublikası
Prezidentinin 10 iyun
2010-cu il tarixli 279 nömrəli Fərmanı)
ilə təsdiq edilmiş “İnzibati xətalar haqqında işlərə baxmağa
səlahiyyəti olan vəzifəli şəxslərin
Siyahısı”na aşağıdakı
əlavələr edilsin:
4.1. 2.1 və
2.2-ci bəndlərdə
“155.1-155.3-cü,” sözlərindən sonra “155.6-cı,” sözü
əlavə edilsin
4.2. 2.3-cü bənddə
“155.2-ci,” sözündən sonra “155.6-cı,” sözü
əlavə edilsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
1 iyul 2010-cu il.
Azərbaycan.- 2010.- 2 iyul.- S. 3.