Mərkəzi Seçki
Komissiyasında görüş
Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi iyulun 1-də Mərkəzi Seçki Komissiyasında (MSK) sədr Məzahir Pənahovla görüşmüşdür.
MSK-nın mətbuat xidmətindən bildirmişlər ki, Məzahir Pənahov Avropa İttifaqının nümayəndə heyəti ilə görüşdən məmnunluğunu ifadə etmiş və ölkəmizin, o cümlədən MSK-nın bu qurumla əməkdaşlığa xüsusi önəm verdiyini bildirmişdir.
Mərkəzi Seçki Komissiyasında keçirdiyi səmərəli görüşləri yaxşı xatırladığını bildirən P.Semnebi qarşılıqlı faydalı əməkdaşlığın davam etdiriləcəyinə və qarşıdan gələn seçkilərin uğurla keçiriləcəyinə inamını ifadə etmişdir. O, Azərbaycanın gənc, demokratik dövlət olduğunu vurğulayaraq, Avropa İttifaqının bu inkişafın davam etdirilməsinə yardım etməyə hazır olduğunu bildirmişdir.
Qonaq Mərkəzi Seçki Komissiyasının qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı həyata keçirdiyi tədbirlərlə maraqlanmışdır.
MSK sədri Milli Məclisə keçiriləcək seçkilərə hazırlıqla bağlı məlumat vermiş və seçkilərin ölkənin seçki qanunvericiliyinə, Avropada formalaşmış standartlara uyğun keçiriləcəyini bildirmişdir.
Görüşdə Mərkəzi Seçki Komissiyası ilə Avropa İttifaqı arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 2
iyul.- S. 5.