Almaniya Federativ Respublikasının Prezidenti zati-aliləri cənab Kristian Vulfa

 

Hörmətli cənab Prezident!

Almaniya Federativ Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Məmnunluq hissi ilə qeyd etmək istərdim ki, Azərbaycan-Almaniya münasibətləri bu gün dinamik inkişaf yolundadır. Dost ölkələrimizin istər ikitərəfli qaydada, istərsə Avropa İttifaqının həyata keçirdiyi proqramlar çərçivəsində əməkdaşlığı əlaqələrimizin hərtərəfli genişlənməsi üçün yaxşı zəmin yaratmışdır.

Əminəm ki, dövlətlərarası münasibətlərimiz, qarşılıqlı maraq doğuran bir çox sahələrdə səmərəli birliyimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcək möhkəmlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Almaniya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.- 3 iyul.- S.  1.