Belarus Respublikasının Prezidenti zati-aliləri cənab Aleksandr
Lukaşenkoya
Hörmətli Aleksandr Qriqoryeviç!
Belarus Respublikasının milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.
Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətləri və çoxtərəfli əməkdaşlıq xalqlarımızın və ölkələrimizin firavanlığı naminə bundan sonra da dinamik şəkildə və sürətlə inkişaf edəcəkdir.
Hörmətli Aleksandr Qriqoryeviç, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, dost Belarus xalqına sülh və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 24 iyun 2010-cu il
Azərbaycan.- 2010.- 3
iyul.- S. 1.