"İstehsalatda
bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə əmək qabiliyyətinin
itirilməsi hallarından icbari
sığorta haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
"İstehsalatda
bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında"
Azərbaycan Respublikasının
2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli
qanununun qüvvəyə
minməsi ilə əlaqədar həmin qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, üç ay müddətində:
1.1. qüvvədə olan
qanunvericilik aktlarının
"İstehsalatda bədbəxt
hadisələr və
peşə xəstəlikləri
nəticəsində peşə
əmək qabiliyyətinin
itirilməsi hallarından
icbari sığorta haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılması barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. həmin qanunun
2.0.19-cu maddəsində nəzərdə
tutulmuş istehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta olunanların
istehsalatda yerinə yetirilən əmək funksiyalarının xarakterinə
görə kateqoriyalar
üzrə bölgüsünün
qaydasını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.4. həmin qanunun 13.1-ci maddəsində nəzərdə
tutulmuş istehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta tariflərini
müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.5. həmin qanunun 14.1-ci maddəsində nəzərdə
tutulmuş xeyrinə istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri
nəticəsində peşə
əmək qabiliyyətinin
itirilməsi hallarından
icbari sığorta müqaviləsi bağlanılmalı
olan şəxslərin
birillik əməkhaqqı
fondunun hesablanması qaydasını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.6. həmin qanunun 17.2-ci maddəsində nəzərdə
tutulmuş istehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə aylıq sığorta ödənişi məbləğinin
müəyyən edilməsi
məqsədləri üçün
orta aylıq əməkhaqqı miqdarının
hesablanması qaydasını
müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.7. həmin qanunun
17.4-cü maddəsində nəzərdə
tutulmuş istehsalatda bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta üzrə birdəfəlik sığorta
ödənişi məbləğinin
hesablanması qaydasını
müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.8. həmin
qanunun 17.5-ci maddəsində
nəzərdə tutulmuş
istehsalatda bədbəxt
hadisələr və
peşə xəstəlikləri
nəticəsində peşə
əmək qabiliyyətinin
itirilməsi hallarından
icbari sığorta üzrə əlavə sığorta ödənişi
məbləğinin hesablanması
qaydasını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.9. həmin
qanunun 18.6-cı maddəsində
nəzərdə tutulmuş
istehsalatda bədbəxt
hadisələr və
peşə xəstəlikləri
nəticəsində peşə
əmək qabiliyyətinin
itirilməsi hallarından
icbari sığorta üzrə sığorta ödənişinin təyin
edilməsi üçün
sənədlərin siyahısını
müəyyən etsin
və bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.10. həmin
qanunun 18.7-ci maddəsində
nəzərdə tutulmuş
istehsalatda bədbəxt
hadisələr və
peşə xəstəlikləri
nəticəsində peşə
əmək qabiliyyətinin
itirilməsi hallarından
icbari sığorta üzrə sığorta ödənişinin təyin
edilməsi, verilməsinin
dayandırılması və
bərpa olunması qaydalarını müəyyən
etsin və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.11. öz səlahiyyətləri
daxilində "İstehsalatda
bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında"
Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
2. Müəyyən
edilsin ki:
2.1. "İstehsalatda
bədbəxt hadisələr
və peşə xəstəlikləri nəticəsində
peşə əmək
qabiliyyətinin itirilməsi
hallarından icbari sığorta haqqında"
Azərbaycan Respublikasının
Qanununun 2.0.19-cu, 7.1.2-ci, 7.1.3-cü,
7.2.5-ci, 8.1.3-cü, 9.1.1-ci, 13.1-ci, 14.1-ci, 17.2-ci, 17.4-cü,
17.5-ci, 18.6-cı, 18.7-ci və 21.3-cü maddələrində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Nazirlər Kabineti həyata keçirir;
2.2. həmin qanunun
7.2.10-cu, 9.1.2-ci, 10.0.2-ci, 18.1-ci, 18.2-ci, 18.4-cü, 18.10-cu,
19.1-ci və 21.2-ci maddələrində
nəzərdə tutulmuş
"müvafiq icra hakimiyyəti orqanı"nın
səlahiyyətlərini Azərbaycan
Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir;
2.3. həmin qanunun
11.3-cü, 12.2-ci, 14.4-cü və 15-ci maddələrində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi həyata keçirir;
2.4. həmin qanunun
17.3-cü maddəsində nəzərdə
tutulmuş "müvafiq
icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini
Azərbaycan Respublikasının
Dövlət Statistika
Komitəsi həyata keçirir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
2 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 3 iyul.- S.
4.