Ağdamda polis işçilərinin peşə bayramı qeyd olunmuşdur

 

Ağdam rayonunda Azərbaycan polisinin 92 illiyi və polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quzanlı qəsəbəsinin mərkəzində yerləşən abidəsinin önünə gül-çiçək dəstələri qoymuş, xatirəsinə ehtiramlarını bildirmişlər.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqov polis işçilərini peşə bayramı münasibətilə təbrik etmiş, ölkədə ictimai-siyasi sabitliyin, əmin-amanlığın, dincliyin təmin edilməsində polisin fəaliyyətindən danışmışdır.

Rayon polis şöbəsinin rəisi, polkovnik Elçin Qasımov Azərbaycan polisinin keçdiyi şərəfli yoldan bəhs edən məruzəsində xüsusi vurğulamışdır ki, 1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra hüquq-mühafizə orqanlarının işində dönüş yaranmış, mütəşəkkil cinayətkarlığa, korrupsiyaya, terrorizmə, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənmişdir. Şöbənin əməkdaşları Azərbaycan qanunlarına, xalqına, Vətəninə, ümummilli lider Heydər Əliyevin amallarına daim sadiqdirlər və ictimai asayişin, vətəndaşların hüquq və azadlıqlarının qorunmasında bundan sonra da səylərini əsirgəməyəcəklər.

Polis veteranlarına və xidmətdə fərqlənən bir qrup polis əməkdaşına qiymətli hədiyyələr və pul mükafatı verilmişdir.

 

 

Azərbaycan.- 2010.-  3 iyul.- S.  5.