Azərbaycan Prezidenti İlham Əliyev
ATƏT-in Minsk qrupunun həmsədrlərini və ATƏT-in fəaliyyətdə
olan sədrinin xüsusi nümayəndəsini qəbul
etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradkeni (ABŞ), Bernar Fasyeni (Fransa), İqor Popovu (Rusiya) və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul etmişdir.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti və perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 6
iyul.- S. 1.