ATƏT Parlament Assambleyasının XIX illik sessiyası başlanmışdır

 

İyulun 5-də Norveçin Oslo şəhərində ATƏT Parlament Assambleyasının XIX illik sessiyası işə başlamışdır.

Milli Məclisdən bildirmişlər ki, tədbirdə Milli Məclis Sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir.

Sessiyada "Qanunun aliliyi: Transmilli cinayətkarlıq korrupsiya ilə mübarizə" mövzusu ətrafında müzakirələr aparılacaq, ATƏT PA-nın Sədri Joao Soareşin, Baş katib Spenser Oliverin məruzələri dinləniləcək, quruma üzv dövlətlər arasında bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaqdır. Deputatlarımız müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.

Səfər zamanı deputatlarımız ATƏT PA-nın siyasi məsələlər təhlükəsizlik, demokratiya, insan hüquqları humanitar məsələlər, elm, texnologiya ətraf mühit daimi komitələrinin iclaslarında da iştirak edəcəklər.

Tədbir çərçivəsində qurumun rəhbər orqanlarına seçkilərlə əlaqədar təşkilati məsələlərə baxılacaqdır.

 

 

Azərbaycan.- 2010.-  6 iyul.- S.  2.