Azərbaycan ilə İran arasında mədəniyyət sahəsində
qarşılıqlı əməkdaşlığa dair protokol
imzalanmışdır
Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakıda səfərdə olan İranın mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığın vəziyyəti, perspektivləri müzakirə olunmuşdur.
Tədbirdə mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlığa dair protokol imzalanmışdır. Sənədə əsasən, bu ilin sentyabrında İranda Azərbaycan Mədəniyyət Günləri keçiriləcəkdir. Sonra isə Azərbaycanda İran Mədəniyyət Günləri təşkil olunacaqdır.
Ə.Qarayev iranlı həmkarına Azərbaycan xalçası hədiyyə etmişdir.
İran nümayəndə heyətinin səfəri Beynəlxalq Muğam Mərkəzində bu ölkənin musiqi qrupunun konserti ilə yekunlaşacaqdır.
AzərTAc
Azərbaycan.- 2010.- 6 iyul.- S.
5.