Azərbaycan Prezidenti
İlham Əliyev bp
şirkətinin icraçı direktoru Toni Heyvordu qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da bp şirkətinin icraçı direktoru Toni Heyvordu qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan ilə bp şirkəti arasında uzunmüddətli əməkdaşlığın uğurlu olduğunu vurğulamış və bu əməkdaşlığın gələcəkdə daha da genişlənəcəyinə əminliyini ifadə etmişdir.
Toni Heyvord bp şirkətinin Azərbaycan hökuməti və ARDNŞ ilə uğurlu əməkdaşlığını bir daha qeyd edərək "Azəri-Çıraq-Günəşli" və "Şahdəniz" neft və qaz, eləcə də Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz boru kəmərləri layihələrinin Azərbaycan, region və qlobal enerji bazarları üçün əhəmiyyətli olduğunu demişdir.
Görüşdə "Şahdəniz" yatağının tammiqyaslı işlənilməsinin Azərbaycan və bp üçün önəmli layihələrdən biri olduğu qeyd edilmişdir.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 7 iyul.- S.
2.