"Azərbaycan Respublikasında
dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə
inkişafına dair Dövlət Proqramı"nın təsdiq
edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikasının sosial-iqtisadi həyatında mühüm əhəmiyyətə
malik olan dəmir yolu nəqliyyat sisteminin daha da inkişaf
etdirilməsini, əhalinin və iqtisadiyyatın dəmir yolu nəqliyyatı
xidmətlərinə olan tələbatlarının ödənilməsini,
daşımaların təhlükəsizliyini, onun
infrastrukturunun yeniləşdirilməsini, ölkəmizin ərazisindən
keçən nəqliyyat dəhlizlərinin rəqabət
qabiliyyətinin yüksəldilməsini, tranzit
daşımaların həcminin artırılmasını, dəmir
yolu sahəsi üçün kadrların
hazırlanmasını təmin etmək məqsədilə qərara
alıram:
1. "Azərbaycan
Respublikası dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü
illərdə inkişafına dair Dövlət
Proqramı" təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası
Nazirlər Kabinetinə tapşırılsın ki:
2.1. bu sərəncamla təsdiq
edilmiş Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin
icrasını əlaqələndirsin və onun
icrasının gedişi barədə hər ilin yekununa
görə Azərbaycan Respublikası Prezidentinə məlumat
versin;
2.2. bu sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 6 iyul
2010-cu il
Azərbaycan.- 2010.- 7 iyul.- S.
3.