AZƏRBAYCAN
RESPUBLİKASINDA DƏMİR YOLU NƏQLİYYAT
SİSTEMİNİN 2010-2014-CÜ İLLƏRDƏ
İNKİŞAFINA DAİR DÖVLƏT PROQRAMI
Azərbaycan Respublikası
Prezidentinin 2010-cu il 6 iyul tarixli Sərəncamı
ilə təsdiq edilmişdir
Azərbaycan
Respublikasının sosial-iqtisadi inkişafının
perspektivləri Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi
altında işlənib hazırlanmış milli inkişaf
strategiyasına əsaslanaraq iqtisadiyyatın və ictimai həyatın
bütün sahələrini, o cümlədən nəqliyyat
sektorunu da geniş surətdə əhatə edir.
Son
illər ölkənin nəqliyyat sektorunda bir sıra iri layihələr
həyata keçirilmiş, tranzit potensialının gücləndirilməsi,
ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin
rəqabət qabiliyyətinin yüksəldilməsi
üçün məqsədyönlü addımlar
atılmışdır.
Qeyd
etmək lazımdır ki, müasir tələblərə
uyğun ölkənin nəqliyyat sektorunun modernləşdirilməsində
böyük uğurla gerçəkləşdirilən milli
neft strategiyası əhəmiyyətli rol oynayır. Fəaliyyət
göstərən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri
və Bakı–Tbilisi–Ərzurum qaz kəməri layihələri
ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş
imicini möhkəmləndirmiş, gələcəkdə daha
böyük layihələrin həyata keçirilməsi
üçün geniş imkanlar yaratmışdır.
Ölkəmizin
əlverişli coğrafi mövqeyi onun həm qərb-şərq,
həm də şimal-cənub istiqamətlərində səmərəli
fəaliyyət göstərən nəqliyyat sistemi
formalaşdırılması üçün geniş imkanlar
açır. Hazırda ölkəmiz
"Bakı–Tbilisi–Qars yeni dəmir yolu" layihəsinin həyata
keçirilməsində Gürcüstan və Türkiyə
Respublikası ilə birlikdə fəal iştirak edir. Azərbaycan
Respublikası üçün böyük siyasi və iqtisadi
əhəmiyyət kəsb edən bu layihənin həyata
keçirilməsi Asiya və Avropa ölkələri
arasında birbaşa dəmir yolu nəqliyyatı əlaqələrinin
qurulmasına, yük və sərnişinlərin Azərbaycan,
Gürcüstan və Türkiyə ərazilərindən
keçməklə Avrasiya məkanına
çıxışını təmin edəcək və
ölkənin tranzit potensialını daha da
artıracaqdır.
Son iki il ərzində Azərbaycan
Respublikasının Nazirlər kabineti, Nəqliyyat Nazirliyi və
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti
("ADY" QSC) beynəlxalq məsləhətçilərin
iştirakı ilə dəmir yolunun müasirləşdirilməsinin
müxtəlif variantlarını nəzərdən
keçirmişdir. Azərbaycan dəmir
yollarında etibarlılıq, qiymət və keyfiyyət
baxımından daşımalarda müasir tələbata cavab
verən yüksək səviyyəli xidmətlərin göstərilməsi
üçün kompleks tədbirlər müəyyənləşdirilmişdir.
Bugünkü tələblər
baxımından Azərbaycan dəmir yolunun inkişafı
institusional, hüquqi və tənzimləmə çərçivəsinin
formalaşdırılmasına, infrastrukturun inkişafına,
vaqon və lokomotiv parkının yeniləşdirilməsinə,
həmçinin ölkə ərazisindən keçən
beynəlxalq nəqliyyat dəhlizlərinin təhlükəsiz
və etibarlı şəkildə fəaliyyət göstərməsinin
təmin edilməsi üçün bu dəhlizlər boyu dəmir
yolunda vacib infrastruktur obyektlərinin modernləşdirilməsinə
iri həcmli yeni sərmayələrin qoyulmasını tələb
edir.
Son 25 il ərzində
Azərbaycan dəmir yollarının aktivlərini lazımi vəziyyətdə
saxlamaq üçün kifayət qədər sərmayə
qoymaq imkanına malik olmadığından dəmir yolları
boyu çoxlu sayda texniki problemlər yaranmışdır ki,
bu da dəmir yolu ilə daşıma imkanlarını məhdudlaşdırır,
yolun üst örtüyünün, lokomotiv parkının, eləcə
də mövcud elektrik təchizatı sisteminin böyük
hissəsinin istismar müddətinin çoxdan başa
çatması səbəbindən daşımaların təhlükəsizliyinin
təmin edilməsində çətinliklər yaranır.
Qeyd
olunan problemlərin həll edilməsi məqsədilə
"Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat
sisteminin 2010–2014-cü illərdə inkişafına dair
Dövlət Proqramı" çərçivəsində
dəmir yolu infrastrukturunun və hərəkət heyəti
parkının yeniləşdirilməsi üzrə tədbirlər
və başlanılmış islahatların davam etdirilməsinin,
dəmir yolunda normativ-hüquqi bazanın təkmilləşdirilməsinin
və dəmir yolu kadrlarının
hazırlığının əsas istiqamətləri müəyyənləşdirilmişdir.
I. Dövlət
Proqramının əsas məqsədi və vəzifələri
Dövlət
Proqramının əsas məqsədi əhalinin və
iqtisadiyyatın dəmir yolu nəqliyyatı xidmətlərinə
artan tələbatının və dövlətin müdafiə
ehtiyaclarının təmin olunması, Azərbaycanın
tranzit potensialının artırılması, dəmir yolu nəqliyyatında
xidmətlərin səviyyəsinin yüksəldilməsi, sərnişin
və yük daşımalarında nəqliyyat xərclərinin
azaldılması yolu ilə nəqliyyat kompleksinin səmərəli
fəaliyyətini və onun ölkənin sosial-iqtisadi tərəqqisində
daha fəal iştirakını təmin etməkdir.
2010 – 2014-cü
illərdə Dövlət Proqramı dəmir yolu sahəsində
aşağıdakı vəzifələrin yerinə yetirilməsini
nəzərdə tutur:
– dəmir
yolunun fəaliyyətində onun kommersiya qurumu kimi fəaliyyət
göstərməsinə geniş imkan yaradılması
üçün islahatların davam etdirilməsi və
normativ-hüquqi bazanın təkmilləşdirilməsi;
– dəmir
yolu nəqliyyatının infrastrukturunun və hərəkət
heyəti parkının müasir tələblərə
uyğun yeniləşdirilməsi üçün zəruri tədbirlərin
həyata keçirilməsi;
– Bakı – Tbilisi
– Qars yeni dəmir yolu xəttinin istismara buraxılması nəticəsində
Asiya ölkələrini Avropa ilə birləşdirən
birbaşa dəmir yolu dəhlizində artacaq beynəlxalq
tranzit yük axınlarının ahəngdar və fasiləsiz
nəql edilməsinin təmin edilməsi;
– sərnişin
və yük daşımalarının keyfiyyətinin
artırılması və təhlükəsizliyinin təmin
edilməsi;
– elmi-texniki
nailiyyətlərin və yeni texnologiyaların dəmir yolu nəqliyyatı
infrastrukturunda tətbiq edilməsi;
– dəmir
yolu nəqliyyatında sərnişin
daşımalarının keyfiyyətinin və gəlirliyinin
artırılmasını təmin edəcək
strategiyanın müəyyən edilməsi və həyata
keçirilməsi;
– dəmir
yolunun sabit cərəyanla işləyən Şimal hissəsinin
bərpası;
– qərb
istiqamətində sabit cərəyanlı mövcud elektrik təchizatı
sisteminin daha səmərəli dəyişən cərəyanlı
sistemlə əvəz edilməsi və dəyişən cərəyanla
işləyən lokomotivlərin alınması;
– dizel
lokomotivlərinin alınması;
– Bakı və
Biləcəri dəmir yolu xəstəxanaları istisna
olmaqla, yardımçı xidmətlərin dəmir yolundan
ayrılması;
– dəmir
yolu kadrlarının hazırlanması və onların sosial
müdafiəsi.
II. Maliyyə mənbələri
"Azərbaycan
Respublikası dəmir yolu nəqliyyat sisteminin 2010 – 2014-cü
illərdə inkişafına dair Dövlət
Proqramı"nın maliyyələşdirilməsinin
aşağıda göstərilən mənbələr
hesabına təmin edilməsi nəzərdə tutulur:
– "Azərbaycan
Dəmir Yolları" QSC-nin öz vəsaitləri;
– daxili
və xarici investisiyalar, texniki yardımlar və qrantlar;
– qanunvericiliyə
zidd olmayan digər mənbələrin vəsaitləri.
III. Gözlənilən
nəticələr
Dövlət
proqramının həyata keçirilməsi nəticəsində
ölkədə dəmir yolu nəqliyyat xidmətlərinə
olan tələbatın tam ödənilməsi və ölkənin
dəmir yollarının beynəlxalq nəqliyyat sisteminə
inteqrasiyası üçün daha müasir nəqliyyat
infrastrukturunun yaradılması, daşımalarda yük vahidinə
nəqliyyat xərclərinin azalması, çevik tarif siyasətinin
müəyyən edilməsi, Azərbaycanın tranzit
potensialının artırılması, institusional
islahatların aparılması, dəmir yolu nəqliyyatının
fəaliyyətinə dair təkmil qanunvericilik bazasının
formalaşdırılması, dəmir yolu sahəsi
üçün yüksək ixtisaslı kadrların
hazırlanması və onların sosial müdafiəsi təmin
olunacaqdır.
IV. Dövlət
Proqramının həyata keçirilməsi üçün
TƏDBİRLƏR PLANI
sıra ¹-si |
Tədbirlərin adları |
Tədbirin məqsədi |
İcra müddəti, Illər üzrə |
İcraçılar |
1 |
2 |
3 |
4 |
5 |
4.1. İslahatların aparılması və normativ hüquqi bazanın təkmilləşdirilməsi |
||||
4.1.1. |
Azərbaycan dəmir yolunda
institusional islahatların aparılması |
dəmir yolunda bazar iqtisadiyyatı
prinsiplərinin tətbiq edilməsi, sağlam rəqabət
mühitinin yaradılması |
2010 – 2011 |
Nəqliyyat Nazirliyi,
«ADY» QSC |
4.1.2. |
Azərbaycan dəmir yolunda yük və sərnişin daşımaları, dəmir yolu nəqliyyatı vasitələrindən istifadə, dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyi qaydalarının işlənib hazırlanması və təsdiq edilməsi |
normativ hüquqi bazanın müasir tələblərə uyğunlaşdırılması |
2010 – 2011 |
Nazirlər Kabineti, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, «ADY» QSC |
4.1.3. |
Dəmir yolu nəqliyyatı haqqında qanun layihəsinin işlənib hazırlanması |
normativ hüquqi bazanın təkmilləşdirilməsi |
2010 – 2011 |
Nazirlər Kabineti, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi |
4.2. Daşıma təsərrüfatı üzrə |
||||
4.2.1. |
Yalama və Böyük-Kəsik sərhəd-keçid stansiyalarında yolların, enerji təchizatı və rabitə qurğularının və xidməti binaların yenidən qurulması |
qatarların təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsi, yolların texniki vəziyyətinin, elektrik mərkəzləşdirmə qurğularının, rabitə və telekommunikasiya sisteminin və iş şəraitinin yaxşılaşdırılması |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.2.2. |
Biləcəri və Səngəçal qovşaq stansiyalarında yolların, kontakt şəbəkələrinin, rabitə və telekommunikasiya sisteminin, elektrik mərkəzləşdirmə qurğularının və xidməti binaların yenidən qurulması |
qatarların təhlükəsiz və maneəsiz hərəkətinin təmin edilməsi, yolların texniki vəziyyətinin, elektrik mərkəzləşdirmə qurğularının, rabitə və telekommunikasiya sisteminin və iş şəraitinin yaxşılaşdırılması |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.3. Yol təsərrüfatı üzrə |
||||
4.3.1.
|
Sürətin artırılması və təhlükəsiz hərəkətin təmin olunması məqsədi ilə 317 km uzunluğunda baş yolların əsaslı təmiri |
hərəkət sürətinin artırılması və təhlükəsiz hərəkətin təmin olunması |
2010 – 2014
|
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.3.2. |
Yolların saxlanılması, əsaslı təmiri və yenidən qurulması üçün maşın və mexanizmlərin və 240 dəst yoldəyişən qurğuların və çeviricilərin alınması |
yollarda təmir işlərinin sürətləndirilməsi və işin keyfiyyətinin artırılması |
2010 – 2014 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.3.3. |
Saatlı-Becar mənzilinin 98 km-də Araz çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası |
qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi |
2010 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.3.4. |
Qasımlı-Liman mənzilinin 131 km-də yerləşən metal körpünün rekonstruksiyası |
qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi |
2011 – 2012 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.3.5. |
Çarxı-Sərvan mənzilinin 2508 km-də yerləşən dəmir-beton körpünün rekonstruksiyası |
qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi |
2011 – 2012 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.3.6. |
Yevlax-Malay mənzilinin 253 km tək yolunda Kür çayı üzərində yerləşən metal körpünün rekonstruksiyası |
qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi |
2011 – 2014 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.3.7.
|
Saloğlu-Poylu mənzilinin 73 km-də Kür çayı üzərində ikinci dəmir yolu körpüsünün tikintisi |
qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi |
2010 – 2014 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.3.8. |
Pirallahı qəsəbəsini sahilə birləşdirən dambada və dəmir yolunun Lənkəran-Astara sahəsində sahilbərkitmə işlərinin aparılması |
qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi |
2010 – 2011 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, «ADY» QSC |
4.3.9. |
Biləcəri stansiyası ərazisində suötürücü qurğuların rekonstruksiyası |
qatarların təhlükəsizliyinin təmin edilməsi, hərəkət sürətinin yüksəldilməsi |
2011 – 2012 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC
|
4.4. Lokomotiv təsərrüfatı üzrə |
||||
4.4.1. |
50 ədəd yeni dəyişən cərəyanlı elektrovozun alınması |
lokomotiv parkının yeniləşdirilməsi və artan yük həcminin daşınmasının təmin edilməsi |
2011 – 2013
|
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.4.2. |
13 ədəd TÅ10 tipli teplovozun əsaslı təmir edilməklə modernləşdirilməsi |
teplovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi |
2010 – 2013 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.4.3. |
13 ədəd ÇME və 15 ədəd TEM2 tipli manevr teplovozunun əsaslı təmir edilməklə modernləşdirilməsi |
teplovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi
|
2010 – 2013 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.4.4. |
2 ədəd ÇME tipli manevr
teplovozunun modernləşdirilməsi |
teplovozların istismar müddətinin
artırılması və təhlükəsiz
istismarının təmin edilməsi |
2010 – 2011 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.4.5. |
10 ədəd VL11 seriyalı elektrovozun əsaslı təmir edilməsi |
elektrovozların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi |
2010 – 2013 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC
|
4.4.6. |
Lokomotivlər üçün ehtiyat hissələrinin alınması |
lokomotivlərin istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi |
2010 – 2013 |
Nəqliyyat Nazirliyi, «ADY» QSC
|
4.4.7. |
Biləcəri lokomotiv deposunun əsasında lokomotivlərin əsaslı təmiri bazasının yaradılması |
lokomotiv təsərrüfatının maddi-texniki bazasının yaxşılaşdırılması |
2011 – 2013 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC
|
4.5. Vaqon təsərrüfatı üzrə |
||||
4.5.1. |
Neft və neft məhsullarının daşınması üçün 300 ədəd yeni çən vaqonlarının alınması |
neft və neft məhsullarının daşınmasına artan tələbatın ödənilməsi |
2011 – 2014 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.5.2. |
Quru yüklərin daşınması üçün vaqonların alınması |
quru yüklərin daşınmasına artan tələbatın ödənilməsi |
2011 – 2014 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.5.3. |
Yük vaqonlarının əsaslı təmiri üçün tələb olunan avadanlıq və ehtiyat hissələrinin alınması |
vaqonların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi |
2010 – 2013 |
Nəqliyyat Nazirliyi, «ADY» QSC |
4.5.4. |
Ələt vaqon deposunun və vaqonların yuyulması məntəqəsinin yenidən qurulması |
vaqonların istismar müddətinin artırılması və təhlükəsiz istismarının təmin edilməsi |
2010 – 2011 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.6. Sərnişin daşıma təsərrüfatı üzrə |
||||
4.6.1. |
25 ədəd yeni sərnişin vaqonunun alınması |
sərnişin daşımasına artan tələbatın ödənilməsi və xidmət səviyyəsinin yüksəldilməsi |
2011–2013 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.6.2. |
20 ədəd sərnişin vaqonunun əsaslı təmir edilməsi |
vaqonların təhlükəsiz istismarının təmin olunması, xidmət səviyyəsinin yüksəldilməsi və istismar müddətinin artırılması |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, «ADY» QSC |
4.6.3. |
Bakı vaqon deposunda sərnişin vaqonlarının əsaslı təmir bazasının yaradılması |
sərnişin vaqonlarının əsaslı təmirinin təşkil edilməsi, təmir xərclərinin azaldılması və onların istismar müddətinin artırılması |
2011 – 2012 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.6.4. |
Sərnişin vaqonlarının depo və əsaslı təmiri üçün ehtiyat hissələrinin alınması |
sərnişin vaqonlarının əsaslı təmirinin təşkil edilməsi və onların istismar müddətinin artırılması |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, «ADY» QSC |
4.7. İşarəvermə və rabitə təsərrüfatı üzrə |
||||
4.7.1. |
Azərbaycan dəmir yolunun Yalama – Biləcəri hissəsində optik-lifli rabitə xəttinin yaradılması |
idarəetmə, rabitə və telekommunikasiya sistemlərinin müasir tələblər səviyyəsində yenidən qurulması |
2010 – 2013 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.7.2.
|
Vaqonların və lokomotivlərin təkərlərində qızmaları aşkar edən 30 ədəd yeni KTS-M qurğusunun və 120 dəst “lokomotiv-stansiya” tipli stasionar radiostansiyaların alınması |
vaqonların və lokomotivlərin təhlükəsizliyinin təmin edilməsi |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, «ADY» QSC |
4.7.3. |
Kürdəmir, Bərdə, Qovlar, Dəllər, Şəmkir, Şirvan və Alabaşlı stansiyalarında elektrik mərkəzləşdirmə qovşaqlarının və avadanlıqlarının müasirləşdirilməsi |
idarəetmə və rabitə qurğularının elektrik təchizatının yaxşılaşdırılması |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, «ADY» QSC |
4.7.4. |
Dəmir yolunun Bakı-Böyük Kəsik hissəsində 27,5 kvt-lıq dəyişən cərəyanlı dartı sisteminə keçidlə əlaqədar işarəvermə qurğularının müasirləşdirilməsi |
işarəvermənin dəyişən cərəyanlı dartı sisteminə uyğunlaşdırılması |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.7.5. |
Horadiz-İmişli-Bakı sahəsində optik lifli rabitə xəttinin yaradılması |
rabitə əlaqələrinin səviyyəsinin yüksəldilməsi |
2011 – 2013 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.7.6. |
Osmanlı-Astara sahəsində optik lifli rabitə xəttinin yaradılması |
rabitə əlaqələrinin səviyyəsinin yüksəldilməsi |
2011 – 2013 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.7.7. |
Osmanlı-Astara sahəsində biryollu ikitərəfli avto-bloklamanın yenidən qurulması |
qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi |
2011 – 2013 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.7.8. |
Azərbaycan dəmir yolunda yük və sərnişin daşımalarının avtomatlaşdırılmış idarəetmə sisteminin yaradılması |
daşımaların həyata keçirilməsinin sürətləndirilməsi və təhlükəsizliyin təmin edilməsi |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.7.9. |
Azərbaycan dəmir yolunun işarəetmə və bloklama sisteminin dispetçer mərkəzləşdirilməsi idarəetməsinin yaradılması |
daşımaların həyata keçirilməsinin sürətləndirilməsi və təhlükəsizliyin təmin edilməsi |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.8. Enerji təchizatı təsərrüfatı üzrə |
||||
4.8.1. |
Dəmir yolunun Biləcəri–Yalama sahəsində elektrik qurğularının əsaslı təmiri və yenidən qurulması |
elektrik enerjisinin təchizatında təhlükəsizliyin təmin edilməsi |
2010 – 2013 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.8.2. |
Dəmir yolunun Bakı – Böyük-Kəsik sahəsində 27,5 kvt-lıq dəyişən cərəyanlı dartı sisteminə keçməsinin təmin edilməsi |
enerji təchizatı xərclərinin azaldılması |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.8.3. |
10 ədəd ADM tipli texniki istismar və təmir maşınlarının (drezinlərin) alınması |
dəmir yollarının elektrik xətlərində təmir-bərpa işlərinin sürətləndirilməsi |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, «ADY» QSC |
4.8.4. |
Enerji təsərrüfatının saxlanması, əsaslı təmiri və yenidən qurulması üçün maşın və mexanizmlərin alınması |
təmir işlərinə sərf olunan vaxtın azaldılması və təmirin keyfiyyətinin yüksəldilməsi |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, «ADY» QSC |
4.9. Hərəkətin təhlükəsizliyi üzrə |
||||
4.9.1.
|
«Qəza-bərpa qatarı»nın maddi-texniki bazasının yaradılması və zəruri maşın və mexanizmlərlə təchiz edilməsi |
dəmir yolunda fövqəladə və qəza hallarının vaxtında aradan qaldırılmasının təmin edilməsi |
2010 – 2012 |
Nəqliyyat Nazirliyi, «ADY» QSC |
4.10. Kadrların hazırlanması üzrə |
||||
4.10.1. |
Dəmir yolu nəqliyyat sisteminin ixtisaslı fəhlə, ali və orta ixtisas təhsilli kadrlarla təmin edilməsi |
dəmir yolu müəssisələri üçün fəhlələrin, orta və ali ixtisas təhsilli mütəxəssislərin hazırlanmasının təmin edilməsi |
2010 – 2014 |
Təhsil Nazirliyi, Nəqliyyat Nazirliyi, «ADY» QSC |
Azərbaycan.- 2010.- 7 iyul.- S. 3.