Niderland Krallığı Parlamentinin üzvləri Azərbaycanın Xarici İşlər Nazirliyində olmuşlar

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, ölkəmizdə səfərdə olan Niderland Krallığı Parlamentinin xanım Mariko Petersin başçılıq etdiyi nümayəndə heyəti iyulun 6-da Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov ilə görüşmüşdür.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nizamlanma prosesinin hazırkı vəziyyəti, regionda həyata keçirilən layihələr və digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2010.-  7 iyul.- S.  5.