Nazirlər Kabineti "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı təsdiq etmişdir

 

AzərTAc xəbər verir ki, Nazirlər Kabineti "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli fərmanının 1.15-ci bəndinin icrasını təmin etmək məqsədilə "Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nı təsdiq etmişdir.

Bununla bağlı Nazirlər Kabinetinin qərarı imzalandığı gündən qüvvəyə minmişdir.

 

 

Azərbaycan.- 2010.-7 iyul.- S.  5.