Azərbaycan və İran
xalqları arasında dərin tarixi, mədəni və dini
bağlılıq mövcuddur
İyulun 6-da Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan İran İslam Respublikasının mədəniyyət və islam maarifləndirilməsi naziri Seyid Məhəmməd Hüseyninin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə tərəflər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmiş, xalqlarımız arasında dərin tarixi, mədəni və dini bağlılığın mövcudluğunu vurğulamışlar. Mədəniyyət, elm, incəsənət və digər sahələrdə əlaqələrin intensivləşdirilməsinin, mədəniyyət nümayəndələrinin qarşılıqlı səfərlərinin sayının artırılmasının zəruriliyi bildirilmişdir.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi
aparılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.- 7 iyul.- S.
5.