Qəbələdə ekoloji problemlərlə bağlı beynəlxalq konfrans keçirilir

 

Ekologiya və Təbii Sərvətlər NazirliyiBMT-nin Ətraf Mühit Proqramının birgə təşkilatçılığı ilə Biomüxtəliflik üzrə BMT-nin Baş Assambleyasının növbəti sessiyasına hazırlıq məqsədilə Qəbələ rayonunda beynəlxalq konfrans keçirilir.

"Biomüxtəlifliyə sərmayələr və yaşıl iqtisadiyyata yardımın artırılması" mövzusunda ekspertlər səviyyəsində keçirilən seminarın davamı olaraq iyulun 6-da "Ekosistemlərin və biomüxtəlifliyin iqtisadiyyatı", "Subregionalmilli səviyyədə biomüxtəliflik üzrə fəaliyyətin planlaşdırılması" mövzularında seminar davam edib.

Seminarda biomüxtəlifliyin mühafizəsi ilə bağlı qorunan ərazilərin və landşaftların davamlı idarə edilməsi imkanları, davamlı ov biznesi üzrə maraqlı tərəflərin cəlb edilməsi, yaşıl iqtisadiyyata yardım, biomüxtəliflik üzrə milli fəaliyyət planları və 2020-ci il məqsədləri, gələcək fəaliyyətlərin razılaşdırılması üzrə müzakirələr aparılıb.

Konfrans çərçivəsində Biomüxtəliflik Konvensiyasının "Biomüxtəliflik zirvə toplantısı" üzrə 10-cu tərəflər konfransına hazırlıq məqsədilə Avropa regionu Qeyri-Hökumət Təşkilatlarının görüşü iyulun 6-da "QHT tövsiyələri ilə Biomüxtəliflik Konvensiyasının qərarlarına təsir" adı altında davam etdirilib.

Görüşdə konvensiyanın QHT-yə təqdim edilmə variantları, qorunan ərazilərə dair işçi proqramın yerinə yetirilməsi, biomüxtəlifliyin davamlı istifadəsinə dair prinsip və direktivlər, eyni zamanda bunlarla bağlı QHT tövsiyələri dinlənilib.

Sonda müzakirə olunan mövzularla bağlı QHT tövsiyələri layihələşdirilib və nəticələr qiymətləndirilib.

 

 

Azərbaycan.- 2010.-  7 iyul.- S.  6.