Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilmişdir

 

F.Abdullayevin sədrliyi ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilmişdir.

İclasda Azərbaycan Respublikası insan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2010-cu il 31 mart tarixli sorğusu əsasında Əmək Məcəlləsinin 247-ci maddəsinin üçüncü hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I hissəsinə, 35-ci maddəsinin VI hissəsinə, 38-ci maddəsinin III hissəsinə, 71-ci maddəsinə, 147-ci maddəsinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılmışdır.

Konstitusiya Məhkəməsinin Plenumu üzrə hakim S.Salmanovanın məruzəsini, sorğuverənin və cavabverənin nümayəndələrinin, ekspertin, mütəxəssislərin çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul etmişdir.

Qərarda deyilir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 247-ci maddəsinin 3-cü hissəsinin ikinci cümləsindəki "işəgötürənin razılığı ilə" müddəası Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin I və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

Qərar dərc olunduğu gündən qüvvəyə minir, qətidir, heç bir orqanya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 iyul.- S.  1.