Azərbaycanın xarici işlər naziri gürcüstanlı həmkarı ilə görüşmüşdür

 

İyulun 7-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə işgüzar səfərdə olan gürcüstanlı həmkarı Qriqol Vaşadze ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, Cənubi OsetiyaAbxaziya münaqişələrinin hazırkı vəziyyəti, regionda cərəyan edən proseslər, Cənubi Qafqaz regionunda və Xəzər hövzəsində həyata keçirilən enerjiinfrastruktur layihələri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2010.- 8 iyul.- S.  2.