ATƏT-in Parlament Assambleyasının XIX illik sessiyası keçirilir

 

Osloda ATƏT Parlament Assambleyasının (PA) XIX illik sessiyası keçirilir. Tədbirdə Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir.

Sessiyanın əsas müzakirə mövzusu "Qanunun aliliyi: Transmilli cinayətkarlıq korrupsiya ilə mübarizə"dir.

Sessiyanın açılışında çıxış edən ATƏT PA-nın sədri Joao Soareş Azərbaycanın qurumdakı fəaliyyətini yüksək qiymətləndirmişdir.

Sessiyanın ilk iclasında gender bərabərliyinin təminatı Qırğızıstandakı vəziyyət təhlil olunmuşdur.

Sonra sessiya işini PA-nın siyasi məsələlər təhlükəsizlik, demokratiya, insan hüquqları humanitar məsələlər, iqtisadi məsələlər, elm, texnologiya ətraf mühit daimi komitələrində davam etdirmişdir.

Parlamentarilər transmilli cinayətkarlıq korrupsiya ilə mübarizə, iqlim dəyişikliyi, ətraf mühit, enerji resursları, nüvə təhlükəsizliyi digər məsələləri müzakirə etmişlər.

İqtisadi məsələlər, elm, texnologiya ətraf mühit komitələrinin iclasında çıxış edən Azərbaycanın qurumdakı nümayəndə heyəti rəhbərinin müavini Eldar İbrahimov ölkəmizdə cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, proqramlar, bu sahədə qanunvericilik bazası, fəaliyyətdə olan əlaqədar struktur barədə məlumat vermişdir.

Azərbaycanlı deputat çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində zəbt olunmuş torpaqlarımızda törədilən cinayətlər barədə sənədləri, faktları çatdırmışdır. Ermənilərin tarixi mədəniyyət abidələrimizə, maddi-mənəvi dəyərlərimizə vurduğu zərər barədə məlumat vermişdir.

İyulun 10-dək davam edəcək sessiyada assambleyanın üç baş komitəsi sözügedən məsələlərlə yanaşı, iclasın əsas mövzusu barədə qətnamə layihəsini müzakirə edəcəkdir. Sessiyada Oslo Yekun Bəyannaməsi imzalanacaqdır.

Sessiyanın sonuncu günündə ATƏT PA-nın sədri Joao Suareşin fəaliyyət müddəti bitdiyi üçün yeni sədri seçiləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 8 iyul.- S.  2.