Balakən ən inkişaf
etmiş müasir
şəhərdir
İyulun 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Balakən rayonuna səfərə gəlmişdir.
Son illər Azərbaycanda əldə edilən sosial-iqtisadi inkişaf regionların simasında da özünü aydın büruzə verir. Bu baxımdan Balakən rayonunun uğurları da diqqət çəkir. Rayonda ümumi məhsul buraxılışı 2003-cü illə müqayisədə ötən il 3 dəfə, sənaye məhsulu 4,3 dəfə, kənd təsərrüfatı məhsulları 2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar 10,9 dəfə, tikinti-quraşdırma işlərinin həcmi 9 dəfə artmışdır. 2010-cu ilin birinci yarısında 2009-cu ilin müvafiq dövrü ilə müqayisədə ümumi məhsul buraxılışında 21 faiz, sənaye məhsulu istehsalında isə 3,2 faiz artım qeydə alınmışdır.
Balakəndə sosial problemlərin həlli istiqamətində də mühüm işlər görülmüşdür. Son bir ildə şəhərin qazlaşdırılması əsasən başa çatdırılmış, bir çox kəndlərə mavi yanacaq verilməsinə başlanılmış, avtomobil yollarında əsaslı və cari təmir işləri görülmüşdür. Ötən il bir neçə məktəb binası tikilmiş, bir çoxunda isə əsaslı və cari təmir işləri aparılmışdır. Heydər Əliyev Fondunun "Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi çərçivəsində Balakən rayonunda 4 müasir məktəb binası tikilmişdir.
2004-2009-cu
illərdə Balakəndə ümumilikdə 3096-sı daimi olmaqla 8876 yeni iş yeri
açılmışdır. Cari ilin birinci yarısında isə açılan iş yerlərinin sayı 1160-dır. Balakəndə abadlıq-qurucluq işlərinə
də xüsusi diqqət yetirilmiş, əhalinin asudə vaxtının səmərəli
keçirilməsi üçün
bir sıra tədbirlər həyata keçirilmişdir. Dövlət başçısının 2006-cı və 2008-ci illərdə
Balakənə etdiyi səfərlər rayonun ictimai, siyasi, sosial-iqtisadi həyatında
mühüm dəyişikliklərlə
yadda qalmışdır.
Bu səfərlər Balakənin yeni inkişaf dövrünün
başlanğıcı kimi
səciyyələndirilir.
Prezident İlham Əliyev əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzində
ucaldılmış abidəsini
ziyarət edərək
gül dəstəsi qoydu.
Dövlət başçısı abidənin
yerləşdiyi ərazidən
rayon mərkəzinin ümumi
mənzərəsini seyr
etdi.
Diqqətə çatdırıldı
ki, ulu öndərin
abidəsinin qoyulduğu
Heydər Əliyev adına mədəniyyət
və istirahət parkında ümummilli liderin siyasi irsini öyrənmək məqsədilə Heydər
Əliyev muzeyi fəaliyyət göstərir.
Burada, həmçinin
respublikada analoqu olmayan buraz yolu
inşa edilmiş, parkda rayon sakinlərinin mənalı istirahəti üçün bütün
şərait yaradılmışdır.
AzərTAc
Azərbaycan.- 2010.-9
iyul.- S. 2.