Azərbaycanın müdafiə naziri Macarıstanın ölkəmizdəki səfiri ilə görüşmüşdür

 

İyulun 8-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Macarıstanın ölkəmizdəki səfiri Jeno Boros ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, müdafiə naziri səfirlik müddətini bitirən diplomata ölkələrimiz arasında dostluq və hərbi əməkdaşlıq məsələlərinin inkişafında göstərdiyi xidmətlərə görə təşəkkürünü bildirmişdir.

Görüşdə regionda mövcud hərbi-siyasi vəziyyət və Ermənistanın işğalçılıq siyasətinin yaratdığı problemlər barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2010.- 9 iyul.- S.  4.