Azərbaycan Respublikası Dövlət
Neft Fondunun iclası keçirilmişdir
Baş nazir Artur Rasizadə
növbəti dəfə Fondun Müşahidə
Şurasının sədri seçilmişdir
İyulun 9-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilmişdir.
Fonddan AzərTAc-a bildirmişlər ki, Azərbaycanın Baş naziri, ARDNF Müşahidə Şurasının sədri Artur Rasizadənin sədrliyi ilə keçən iclasda fondun 2009-cu ildə fəaliyyəti haqqında illik hesabatı, maliyyə fəaliyyətinin auditinin nəticələri, qurumun 2009-cu il büdcəsinin icrası, 2010-cu il büdcəsində dəyişikliklərin edilməsi məsələlərinə baxılmışdır.
Müşahidə Şurası ARDNF-in icraçı direktorunun fondun 2009-cu ildə fəaliyyəti haqqında təqdim etdiyi illik hesabatına, habelə qurumun ötən il maliyyə fəaliyyəti haqqında müstəqil auditorun ("Deloyt ənd Tuş" şirkətinin) hesabatına baxaraq onları məqbul hesab etmiş və 2009-cu il büdcəsinin icrası layihəsinin təsdiq olunması üçün Azərbaycan Respublikası Prezidentinə təqdim etmək barədə qərar qəbul etmişdir.
Müşahidə Şurası fondun 2010-cu il büdcəsinə təqdim edilmiş dəyişiklikləri məqbul hesab etmiş və həmin dəyişikliklərin təsdiq olunması üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara almışdır.
Baş nazir
A.Rasizadə 2010-cu il üzrə Azərbaycan Respublikası
Dövlət Neft Fondunun Müşahidə Şurasının
sədri seçilmişdir.
Azərbaycan.- 2010.- 10
iyul.- S. 1.