Akademik Arif Paşayev Kosmik Məsələlər üzrə Şuranın sədri təyin edilmişdir

 

Prezident İlham Əliyevin qayğı və dəstəyi sayəsində Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə müvafiq tədbirlərin həyata keçirilməsinə başlanmışdır.

Dövlətimizin başçısının "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" 2008-ci il 4 noyabr, "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" 2009-cu il 17 avqust tarixli sərəncamları bu istiqamətdə işlərin sürətləndirilməsinə və yüksək səviyyədə həyata keçirilməsinə güclü təkan vermişdir. Dövlət Proqramının icrasının ən mühüm hissəsindən biri olan Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi ilə əlaqədar "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 3 may tarixli Sərəncamı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi qarşısında bir sıra məsuliyyətli və şərəfli vəzifələr qoymuşdur.

Nazirlikdən bildirmişlər ki, sərəncamdan irəli gələn məsələlərlə əlaqədar kosmik sənayenin yaradılması və uğurlu inkişafında beynəlxalq təcrübədən istifadə etmək, kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədi ilə Kosmik Məsələlər üzrə Şura yaradılmış, akademik Arif Paşayev bu qurumun sədri təyin edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 10 iyul.- S.  3.