Monqolustanın Prezidenti zati-aliləri cənab Saxiaqiyn Elbeqdorja

 

Hörmətli cənab Prezident!

Ölkənizin milli bayramı - Xalq inqilabı günü münasibətilə Sizibütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Monqolustan arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 2 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.- 11 iyul.- S.  1.