Prezident İlham Əliyev
Mərkəzi Seçki
Komissiyasının yeni inzibati
binasının açılışında iştirak
etmişdir
İyulun 12-də Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının yeni inzibati binasının açılışı olmuşdur.
Prezident İlham Əliyev binanın açılışında iştirak etmişdir.
Komissiyanın üzvləri və əməkdaşları dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham ƏLİYEV yeni binanın istifadəyə verilməsi münasibətilə komissiyanın üzvlərini təbrik edərək dedi:
- Yeni binanın istifadəyə verilməsi münasibətilə sizi ürəkdən təbrik edirəm. Mərkəzi Seçki Komissiyası üçün gözəl, möhtəşəm bina yaradılıbdır. Bu, çox gözəl bir haldır, yəni artıq sizin üçün iş şəraiti də çox uyğun olacaqdır. Həm gözəlliyi ilə seçilir, - indi içəri də baxacağam, - amma bildiyimə görə, həm də içəridə şərait yaxşıdır. Yəni biz bütün lazımi tədbirləri görürük ki, sizin işiniz daha da yaxşı təşkil olunsun.
Mən çox şadam ki, son illər ərzində Mərkəzi Seçki Komissiyası öz işində böyük nailiyyətlər qazanıblar. Komissiyanın çox vacib funksiyaları vardır. Azərbaycanda seçkilərin keçirilməsində artıq böyük təcrübə var və biz ən qabaqcıl təcrübəni öyrənirik, Azərbaycanda tətbiq edirik. Bütün işlər beynəlxalq standartlara uyğun şəkildə qurulubdur. Azərbaycanda seçkilərin keçirilməsi prosesi ildən-ilə daha da təkmilləşir, şəffaflıq tam şəkildə təmin edilir və insanlar azad, sərbəst şəkildə öz iradələrini ifadə edirlər.
Sizin fəaliyyətinizdən çox şey asılıdır. Azərbaycan bütün beynəlxalq konvensiyalara qoşulubdur, seçki prosesinin daha da təkmilləşdirilməsi işində beynəlxalq təşkilatlarla uğurlu fəaliyyət göstərir. Bu gün Azərbaycanda seçkilərin keçirilməsi prosesi artıq Avropa standartlarına uyğundur.
Əminəm ki, Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də ədalətli keçiriləcək, xalqın iradəsi tam şəkildə öz əksini tapacaq və beləliklə, Azərbaycanda demokratiyanın inkişafı prosesində yeni önəmli addım atılacaqdır.
Sizi bu gözəl hadisə
münasibətilə bir daha
təbrik edirəm. Həm memarlar,
həm də inşaatçılar bu
layihə üzərində uzun illərdir
ki, işləyiblər. Əlbəttə,
mən istəyirdim ki, həm xarici görünüşü
də gözəl olsun, yeri
də yaxşı yer seçilsin
və eyni zamanda,
daxildə də yaxşı şərait yaradılsın.
Yerə gəldikdə, Bakının bu ucqar bölgəsi artıq mərkəzə
yaxınlaşır, bu yaxınlarda metro da çəkilibdir, yeni stansiya da
açılıbdır. Yəni bura gəlmək asandır. Bir də ki, bu binalar təmir
olunur. Burada Miqrasiya Xidmətinin
binası bu yaxınlarda açılmışdır.
Bura Bakının, bir növ yeni
inzibati mərkəzinə
çevriləcəkdir.
Bir daha sizi təbrik
edirəm.
* * *
Mərkəzi Seçki
Komissiyasının sədri
Məzahir PƏNAHOV dövlətimizin
başçısına komissiya
üzvlərinin və
əməkdaşların minnətdarlığını
çatdıraraq dedi:
- Cənab
Prezident, icazə verin, mən də komissiyanın bütün üzvləri
adından, öz adımdan Sizə minnətdarlığımı bildirim. Komissiya üzvləri artıq
bilirlər ki, bu bina layihələndirmə
mərhələsindən tutmuş
ta indiki mərhələyə qədər
həmişə Sizin
diqqətiniz altında
olub. Biz də çalışmışıq ki, Sizin
etimadınızı doğruldaq.
İstəmişik ki,
etimadınızı işimizlə
doğrultduğumuz kimi,
bina da Sizin ümumi standartlarınıza uyğun
olsun. Siz özünüz layihəni bəyənəndən,
ona öz xeyir-duanızı verəndən
sonra çalışmışıq
ki, bütün addımlar keyfiyyət baxımından Sizi qane edən standartlara uyğun olsun.
Mən deyərdim
ki, komissiya üzvləri üçün
bəlkə də Avropada analoqu olmayan bir iş
şəraiti yaradılıbdır.
Bizim bütün qonaqlarımız
artıq məlumatlandırılıbdır.
Mərkəzi Seçki
Komissiyasının işi
həmişə ulu öndərimizin diqqət
mərkəzində olub
və biz onun qayğısını daim
hiss etmişik və sonra da həmişə
Sizin hamiliyiniz, qayğınız altında
fəaliyyət göstərmişik.
Hesab edirəm ki, bizə göstərdiyiniz
etimadı doğruldacağıq.
Sizə uğurlar arzu edirik.
* * *
Sonra Prezident
İlham Əliyev rəmzi açılışı
bildirən lenti kəsdi və bina ilə yaxından
Dövlətimizin başçısına
məlumat verildi ki, milli eklektika
üslubunda inşa olunmuş doqquzmərtəbəli
binanın sifarişçisi
Mərkəzi Seçki
Komissiyası, layihənin
müəllifi memar Vüqar Həsənov, podratçı təşkilat
isə "Xəzər"
Gənclərin Elmi-Texniki
Yaradıcılıq Mərkəzidir.
Burada komissiya üzvlərinin və əməkdaşların
fəaliyyəti üçün
hər cür şərait yaradılmışdır. Hündürlüyü 39 metr olan binanın
ümumi tikinti sahəsi 9600 kvadratmetrdir.
Mərkəzi Seçki Komissiyasının
sədri Məzahir Pənahov dövlətimizin
başçısına məlumat
verərək bildirdi ki, birinci mərtəbədə
320 yerlik akt zalı yerləşir. Burada müxtəlif
tədbirlərin keçirilməsi
üçün hər
cür şərait yaradılmışdır. Bundan əlavə, ictimai informasiya mərkəzi və digər işçi otaqlar da birinci mərtəbədə
yerləşir.
Prezident İlham
Əliyev binanın yuxarı mərtəbəsində
konfrans və qəbulların keçirilməsi
üçün zalda
yaradılmış şəraitlə
Qeyd edək ki, binada
Mərkəzi Seçki
Komissiyasının 100 nəfərlik
iclas zalı da vardır. Xarici və
beynəlxalq nümayəndələrin
işləməsi də
diqqətdən kənarda
qalmamış, onlar üçün işçi
otaqlar ayrılmışdır.
Dövlətimizin başçısına məlumat
verildi ki, "Seçkilər" İnformasiya
Mərkəzi də bu binada yerləşəcəkdir. Mərkəzin konfrans zalında seçkilər zamanı nəticələrin nümayiş
olunması üçün
böyük monitorlar quraşdırılmışdır. Bu monitorlar Dövlət
Avtomatlaşdırılmış İnformasiya Sisteminə
(DAİS) qoşulmaqla səsvermənin
gedişi və nəticələri haqqında
məlumatların nümayiş
olunması funksiyasını
yerinə yetirir.
Binada müxtəlif funksiyalı
elektron şəbəkə
quraşdırılmışdır ki, bu da
dairə seçki komissiyaları ilə
DAİS vasitəsilə elektron
məlumat mübadiləsi,
daxili və internet şəbəkəsi qismində
fəaliyyət göstərir.
Burada mərkəzi server və kommunikasiya otağı, yerli şəbəkə və internet şəbəkəsinin
mərkəzi serverləri
quraşdırılmışdır.
Server otağına giriş-çıxışın nəzarətdə saxlanılması
və təhlükəsizlik
məqsədi ilə otağın giriş qapısında xüsusi barmaq izi funksiyası
ilə fəaliyyət
göstərən keçid
qurğusu vardır.
Binada seçkilər zamanı
canlı müşahidə
imkanı da təmin olunmuşdur.
Seçki məntəqələrində yerləşdirilmiş veb-kameralara
texniki nəzarət mərkəzi təşkil
edilmişdir. İstər ölkə
daxilindən, istərsə
xaricdən MSK-nın
internet səhifəsinə daxil olmaqla bu
veb-kameralar vasitəsilə
səsvermə prosesi,
səslərin sayılması
və nəticələrin
müəyyənləşdirilməsini müşahidə etmək
mümkündür.
Ölkədə prezident və parlament seçkilərinin,
həmçinin referendumların,
bələdiyyələrə seçkilərin hazırlanmasını
və keçirilməsini
təmin edən əsas dövlət orqanı olan Mərkəzi Seçki Komissiyasının yeni binası bu qurumun fəaliyyətinin daha səmərəli təşkilinə geniş
imkanlar açır. Vətəndaşların seçki hüquqlarına
riayət olunmasına
nəzarətin artırılmasına,
dairə və məntəqə seçki
komissiyalarının fəaliyyətinin
gücləndirilməsinə, seçki komissiyalarının
fəaliyyətinə dair
monitorinqlərin aparılmasına
daha yaxşı şərait yaradılmışdır.
Seçki komissiyalarının üzvləri üçün
ixtisaslaşdırılmış kursların keçirilməsi,
seçici siyahılarının
dəqiqləşdirilməsi, aşağı seçki
komissiyası üzvlərinin
maarifləndirilməsi, ölkə
elektoratının və
digər seçki subyektlərinin məlumatlandırılması,
beynəlxalq təşkilatlarla
əməkdaşlıq, seçki
prosesində aşkarlığın
və şəffaflığın
təmin olunması üçün binada hər cür şərait vardır.
Yaradılmış şəraitlə
yaxından
Komissiyanın üzvləri onlar üçün yaradılan
şəraitə görə
dövlətimizin başçısına
minnətdarlıq etdilər.
Daha sonra Prezident İlham Əliyevə Mərkəzi Seçki Komissiyasının qarşısında
quraşdırılmış günəş batareyalarının
fəaliyyəti barədə
məlumat verildi. Sənaye
və Energetika Nazirliyinin Alternativ və Bərpa olunan Enerji Mənbələri
üzrə Dövlət
Agentliyinin direktoru Akim Bədəlov bildirdi ki, bu,
paytaxtda həyata keçirilən ilk pilot layihədir.
İlkin
nəticələr uğurludur,
belə ki, ərazidə quraşdırılmış
günəş panelləri
və kollektorları həm Mərkəzi Seçki Komissiyasının
yeni binasındakı qəza işıqlarının,
həm də ətrafdakı işıq
dirəklərinin fasiləsiz
enerji ilə təmin olunmasına imkan verir. Binanın isti su ilə
təchizatı da günəş kollektorları
vasitəsilə həyata
keçirilir. Gələcəkdə belə layihələrin sayının artırılması
və tətbiqinin genişləndirilməsi nəzərdə
tutulur.
Prezident İlham Əliyev görülmüş işlərdən
razılığını bildirdi.
AzərTAc
Azərbaycan.- 2010.- 13
iyul.- S. 1.