Monteneqro Respublikasının Prezidenti
zati-aliləri cənab
Filip Vuyanoviçə
Hörmətli cənab
Prezident!
Monteneqro Respublikasının milli bayramı - Dövlətçilik
günü münasibətilə
Sizə və bütün xalqınıza
ən səmimi təbriklərimizi yetirirəm.
Əminəm ki, Azərbaycan ilə Monteneqro arasında təşəkkül
tapmış münasibətlər
dostluq və əməkdaşlıq məcrasında
öz inkişafını
davam etdirəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə
uğurlar, xalqınıza
əmin-amanlıq və
firavanlıq diləyirəm.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 2 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 13 iyul.- S.
1.