Heydər Əliyev Fondu Yunanıstan səfirliyi ilə birgə internat məktəblərində alternativ enerji mənbələrindən istifadə ilə bağlı layihə həyata keçirəcəkdir

 

İyulun 12-də Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nunİSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva Yunanıstanın Azərbaycandakı səfiri İoannis Metaksas ilə görüşmüşdür.

Qonağı Fondda salamlayan Mehriban xanım Əliyeva Azərbaycan ilə Yunanıstan arasında əlaqələrin bütün sahələri əhatə etdiyini söylədi. Fondun fəaliyyətinin çoxşaxəli olduğunu deyən Mehriban xanım gələcəkdə əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirərək qeyd etdi ki, Heydər Əliyev Fondu beynəlxalq əlaqələrə, birgə layihələrə hər zaman açıqdır.

Səfir İoannis Metaksas Bakıya gələndən sonra Fondun fəaliyyəti ilə daha yaxından tanış olduğunu bildirdi, qurumun həyata keçirdiyi layihələrin əhəmiyyətini vurğuladı. O, Prezident İlham Əliyevin və Mehriban xanımın Afinaya ötənilki səfərlərini xatırlatdı.

 

Görüşdə Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan internat məktəblərində alternativ enerji mənbələrindən istifadə məsələləri müzakirə olundu. Yunanıstan səfirliyi pilot layihə kimi BadamdarTürkan qəsəbələrindəki iki internat məktəbində bu layihəni həyata keçirəcəkdir.

Səfir Fonda yodun çatışmazlığı diaqnostikasını aparan ultrasəs müayinəsi aparatı təqdim etdiyini bildirdi. Bu aparat ölkəmizin xəstəxanalarından birinə veriləcəkdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 13 iyul.- S.  2