Azərbaycan Prezidenti
İlham Əliyev İsveçin
ölkəmizdəki səfirini diplomatik fəaliyyətinin
başa çatması ilə əlaqədar
qəbul etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 14-də İsveçin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Hans Qunnar Adeni diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Görüşdə Azərbaycan ilə İsveç arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən danışıldı, ölkələrimiz arasında əməkdaşlığın gələcək inkişafı ilə bağlı fikir mübadiləsi aparıldı.
AzərTAc
Azərbaycan.- 2010.- 15 iyul.- S.
1.