"2009-cu il 18 mart tarixli
referendum nəticəsində qəbul edilmiş "Azərbaycan
Respublikasının Konstitusiyasına əlavələr və
dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Referendum
Aktının tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan
Respublikasının 2010-cu il 5 mart tarixli 972-IIIQD nömrəli
qanununun tətbiqi ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin bəzi fərmanlarında
və sərəncamlarında dəyişikliklər edilməsi
haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
"2009-cu il 18 mart tarixli referendum nəticəsində qəbul edilmiş "Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 5 mart tarixli 972-IIIQD nömrəli qanununa uyğun olaraq qərara alıram:
1. "Azərbaycan Respublikasının Beynəlxalq Valyuta Fonduna Beynəlxalq Yenidənqurma və İnkişaf Bankına və onlarla bağlı təşkilatlara daxil olması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 avqust tarixli 144 nömrəli fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, ¹16, maddə 712; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹2, maddə 88; 2010-cu il, ¹2, maddə 80) 7-ci bəndinin "a)" yarımbəndində "Mərkəzi Bankının İdarə Heyətinin sədri" sözləri "Mərkəzi Bankının sədri" sözləri ilə əvəz edilsin.
2. "Azərbaycan Respublikasının dövlət idarəetmə sistemində islahatlar aparılması üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli 53 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, ¹12, maddə 767; 2010-cu il, ¹2, maddə 80) 1-ci bəndində "Mərkəzi Bankının İdarə Heyətinin sədri" sözləri "Mərkəzi Bankının sədri" sözləri ilə əvəz edilsin.
3. "Beynəlxalq maliyyə-kredit təşkilatlarında Azərbaycan Respublikasının nümayəndələrinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 20 fevral tarixli 856 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003-cü il, ¹2, maddə 88; 2009-cu il, ¹5, maddə 320; 2010-cu il, ¹2, maddə 80) 1-ci bəndində "Mərkəzi Bankı İdarə Heyətinin sədri" sözləri "Mərkəzi Bankının sədri" sözləri ilə əvəz edilsin.
4. "Azərbaycan Respublikasının Avropaya inteqrasiya üzrə Dövlət Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 iyun tarixli 834 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹6, maddə 493, ¹10, maddə 968; 2006-cı il, ¹7, maddə 588, ¹9, maddə 743; 2007-ci il, ¹5, maddə 459; 2009-cu il, ¹4, maddə 233; 2010-cu il, ¹2, maddə 80) 1-ci bəndində "Mərkəzi Bankı İdarə Heyətinin sədri" sözləri "Mərkəzi Bankının sədri" sözləri ilə əvəz edilsin.
5. "Azərbaycan Respublikası vətəndaşlarının keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında olan əmanətləri haqqında" Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 oktyabr tarixli 1067 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, ¹10, maddə 955; 2006-cı il, ¹7, maddə 588; 2009-cu il, ¹2, maddə 74; 2010-cu il, ¹2, maddə 80) 1-ci bəndində "Mərkəzi Bankı İdarə Heyətinin sədri" sözləri "Mərkəzi Bankının sədri" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 15 iyul.-
S. 1.