Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin
Polis Akademiyası ilə bağlı bəzi
məsələlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Fərmanı
Azərbaycan Respublikası
Daxili İşlər
Nazirliyinin Polis Akademiyasının
fəaliyyətini təmin
etmək məqsədilə
qərara alıram:
1. Azərbaycan
Respublikası Prezidentinin
2010-cu il 24 may tarixli 274 nömrəli fərmanı ilə təsdiq edilmiş "Xüsusi təyinatlı təhsil müəssisələrinin
siyahısı"nın 4.1-ci bəndi aşağıdakı
redaksiyada verilsin:
"4.1. Azərbaycan
Respublikası Daxili İşlər Nazirliyinin
Polis Akademiyası;".
2. "Azərbaycan
Polis Akademiyasının yaradılması
haqqında" Azərbaycan
Respublikası Prezidentinin
1992-ci il 23 may tarixli 782 nömrəli fərmanı (Azərbaycan
Respublikası Ali Sovetinin
Məlumatı, 1992-ci il,
¹ 10, maddə 356) qüvvədən
düşmüş hesab
edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 15 iyul.- S. 1.