Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin
strukturunun təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Mərkəzi
icra hakimiyyəti orqanlarının Nümunəvi
Strukturu"nun təsdiq
edilməsi ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin
bəzi fərmanlarına
və "Azərbaycan
Respublikası Dövlət
Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin
təsdiq edilməsi haqqında" 2007-ci il 14
may tarixli 2163 nömrəli
sərəncamına əlavələr
və dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 11
noyabr tarixli 14 nömrəli fərmanının
icrasını təmin
etmək məqsədilə
qərara alıram:
1. "Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin
strukturu" təsdiq
edilsin (əlavə olunur).
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, iki ay müddətində:
2.1. Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısını
təsdiq etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
2.2. bu sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 15 iyul.- S. 1.