2010-cu il mayın 13-də Bakı
şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və Serbiya
Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq
haqqında Protokol"un təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2010-cu il mayın 13-də
Bakı şəhərində imzalanmış "Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyi və Serbiya
Respublikasının Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq
haqqında Protokol" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Protokolun həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Protokolun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə Serbiya
Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 15 iyul.- S.
1.