2010-cu il aprelin 26-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Birgə Niyyət Bəyannaməsi"nin təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il aprelin 26-da Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi və Almaniya Federativ Respublikasının Federal Statistika İdarəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Birgə Niyyət Bəyannaməsi" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sənədin həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən sənədin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Almaniya Federativ Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.- 15 iyul.- S.  1.