2009-cu il noyabrın 13-də Sofiya
şəhərində imzalanmış "Azərbaycan
Respublikası Sənaye və Energetika Nazirliyi və
Bolqarıstan Respublikası İqtisadiyyat, Energetika və Turizm
Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2009-cu il noyabrın 13-də
Sofiya şəhərində imzalanmış "Azərbaycan
Respublikası Sənaye və Energetika Nazirliyi və
Bolqarıstan Respublikası İqtisadiyyat, Energetika və Turizm
Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.
2. Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Memorandumun həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan
Respublikasının Xarici İşlər Nazirliyinə
tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində
göstərilən Memorandumun qüvvəyə minməsi
üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirilməsi barədə
Bolqarıstan Respublikası tərəfini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 15 iyul.- S.
1.