Azərbaycan Respublikası və İordaniya Haşimilər Krallığı arasında 2010-cu il mayın 16-da Bakı şəhərində imzalanmış sənədlər haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. Azərbaycan Respublikası İordaniya Haşimilər Krallığı arasında 2010-cu il mayın 16-da Bakı şəhərində imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1.1. Azərbaycan Respublikası hökuməti İordaniya Haşimilər Krallığı hökuməti arasında beynəlxalq əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

1.2. Azərbaycan Respublikasının Gənclər İdman Nazirliyi İordaniya Haşimilər Krallığının Ali Gənclər Şurası arasında gənclərlə sahəsində əməkdaşlıq haqqında Saziş.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İordaniya Haşimilər Krallığı tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.-  15 iyul.- S.  2.