2010-cu il aprelin 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti və Rusiya Federasiyasının Stavropol diyarı hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il aprelin 28-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası hökuməti Rusiya Federasiyasının Stavropol diyarı hökuməti arasında ticarət-iqtisadi, elmi-texniki mədəni əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi üçün zəruri tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Stavropol diyarı (Rusiya Federasiyası) hökumətini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.-  15 iyul.- S.  2.