Milli Parkda bayram konserti və möhtəşəm atəşfəşanlıq

 

Xalqımızın dahi oğlu, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin Azərbaycanda ilk dəfə siyasi hakimiyyətə gəlməsinin 41-ci ildönümü münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti və "Azərbaycan TeleviziyaRadio Verilişləri" Qapalı Səhmdar Cəmiyyəti iyulun 14-də Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında, fəvvarənin qarşısında bayram konserti təşkil etmişlər.

Konsertdə paytaxtın on minlərlə sakini və qonağı respublikamızın tanınmış incəsənət ustalarının ifasında mahnıları dinləmiş, gözəl rəqslərə tamaşa etmişlər.

Milli Parka toplaşanlar ildən-ilə inkişaf edən, gözəlləşən, yeni görkəm alan doğma Bakımızın səmasını al-əlvan rənglərə boyayan möhtəşəm atəşfəşanlığı seyr etmişlər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  15 iyul.- S.  2.