Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin Azərbaycan Respublikasına rəsmi səfəri

 

Rəsmi qarşılanma mərasimi

 

 İyulun 15-də Azərbaycan Respublikasında rəsmi səfərdə olan Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin rəsmi qarşılanma mərasimi olmuşdur.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizi qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Mavritaniya Prezidentinə raport verdi.

Mavritaniyanın və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Mavritaniya Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Məhəmməd Uld Əbdüləzizə, Mavritaniya nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Dövlət başçıları rəsmi foto çəkdirdilər.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.-  16 iyul.- S.  1.