Azərbaycan Prezidenti İlham Əliyevin və Mavritaniya Prezidenti Məhəmməd Uld Əbdüləzizin təkbətək görüşü

 

İyulun 15-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləzizin təkbətək görüşü olmuşdur.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı üçün yaxşı potensial imkanların olduğu vurğulandı, bu səfərin əlaqələrin gələcək inkişafı baxımından önəmi qeyd edildi.

Görüşdə ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 iyul.- S.  1.