"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişiklik və əlavə edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Bələdiyyələrin ərazi və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, ¹12, maddə 689; 2001-ci il, ¹11, maddə 677; 2002-ci il, ¹5, maddə 237; 2003-cü il, ¹6, maddə 273, ¹8, maddə 419; 2004-cü il, ¹7, maddə 522, ¹10, maddə 784, ¹12, maddələr 982, 987; 2005-ci il, ¹4, maddə 283, ¹10, maddə 884; 2007-ci il, ¹3, maddə 212, ¹11, maddə 1051; 2008-ci il, ¹5, maddələr 346, 347, ¹8, maddə 708, ¹11, maddə 959; 2009-cu il, ¹4, maddə 214, ¹ 7, maddələr 503, 511, ¹10, maddə 770, ¹12, maddə 963) əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:

1. Abşeron rayonu bölməsində 7.5-ci sırada "Goradil" sözləri "Görədil" sözləri ilə əvəz edilsin.

2. Hacıqabul rayonu bölməsində 26.13-cü sırada "Padar kəndi" sözləri "Padar qəsəbəsi" sözləri ilə əvəz edilsin.

3. Qəbələ rayonu bölməsində 34.7-ci sırada "Qarasu" sözü "Zərgərli" sözü ilə əvəz edisin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2010-cu il

 

Azərbaycan.- 2010.- 16 iyul.- S.  3.