"Milli arxiv fondu haqqında" və
"Əmək pensiyaları haqqında" Azərbaycan
Respublikasının qanunlarına əlavələr və dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Milli
arxiv fondu haqqında" və
"Əmək pensiyaları
haqqında" Azərbaycan
Respublikasının qanunlarına
əlavələr və
dəyişikliklər edilməsi
barədə" Azərbaycan
Respublikası Qanununun
qüvvəyə minməsi
ilə əlaqədar
həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, iki ay müddətində:
1.1. qüvvədə
olan qanunvericilik aktlarının "Milli arxiv fondu haqqında"
və "Əmək
pensiyaları haqqında"
Azərbaycan Respublikasının
qanunlarına əlavələr
və dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanununa uyğunlaşdırılması
barədə təkliflərini
hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə
təqdim etsin;
1.2. Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə
Azərbaycan Respublikasının
Prezidentinə məlumat
versin;
1.3. öz
səlahiyyətləri daxilində
"Milli arxiv fondu haqqında" və "Əmək pensiyaları haqqında"
Azərbaycan Respublikasının
qanunlarına əlavələr
və dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikasının
Qanunundan irəli gələn digər məsələləri həll
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 16
iyul.- S. 3.