2009-cu il
oktyabrın 12-də Bakı şəhərində
imzalanmış "Azərbaycan Respublikasında biznesin idarə olunması sahəsində
kadrların ixtisasının artırılması üzrə
Azərbaycan Respublikasının İqtisadi
İnkişaf Nazirliyi
ilə Almaniya Federativ
Respublikasının Federal İqtisadiyyat
və Texnologiyalar Nazirliyi
arasında əməkdaşlıq haqqında Anlaşma
Memorandumu"nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. 2009-cu il
oktyabrın 12-də Bakı
şəhərində imzalanmış
"Azərbaycan Respublikasında
biznesin idarə olunması sahəsində
kadrların ixtisasının
artırılması üzrə
Azərbaycan Respublikasının
İqtisadi İnkişaf
Nazirliyi ilə Almaniya Federativ Respublikasının Federal İqtisadiyyat
və Texnologiyalar Nazirliyi arasında əməkdaşlıq haqqında
Anlaşma Memorandumu"
təsdiq edilsin.
2. Azərbaycan Respublikasının
İqtisadi İnkişaf
Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın
1-ci bəndində göstərilən
Memorandumun həyata keçirilməsini təmin
etsin.
3. Azərbaycan Respublikasının
Xarici İşlər
Nazirliyinə tapşırılsın
ki, bu sərəncamın
1-ci bəndində göstərilən
Memorandumun qüvvəyə
minməsi üçün
zəruri olan dövlətdaxili prosedurların
yerinə yetirilməsi
barədə Almaniya Federativ Respublikası tərəfini xəbərdar
etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 16 iyul.- S.
3.