2010-cu il fevralın 2-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Sənaye və Energetika Nazirliyi və Rumıniya İqtisadiyyat, Ticarət və Biznes Mühiti Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

1. 2010-cu il fevralın 2-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Sənaye Energetika Nazirliyi Rumıniya İqtisadiyyat, Ticarət Biznes Mühiti Nazirliyi arasında energetika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Sənaye Energetika Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu sərəncamın 1-ci bəndində göstərilən Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Rumıniya tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.-16  iyul.- S.  4.