Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında
2010-cu il mayın 24-də Bakı şəhərində
imzalanmış sənədlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
1. Azərbaycan
Respublikası və Misir Ərəb Respublikası arasında
2010-cu il mayın 24-də Bakı şəhərində imzalanmış
aşağıdakı sənədlər
təsdiq edilsin:
1.1. Azərbaycan
Respublikasının Gənclər
və İdman Nazirliyi və Misir Ərəb Respublikasının Milli Gənclər Şurası
arasında Anlaşma Memorandumu;
1.2. Azərbaycan
Respublikası Xarici İşlər Nazirliyinin
Diplomatik Akademiyası
və Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin Diplomatik Tədqiqatlar İnstitutu arasında əməkdaşlıq
haqqında Saziş.
2. Azərbaycan
Respublikasının Nazirlər
Kabinetinə tapşırılsın
ki, bu sərəncamın
1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin
həyata keçirilməsi
üçün zəruri
tədbirlər görsün.
3. Azərbaycan
Respublikasının Xarici
İşlər Nazirliyinə
tapşırılsın ki,
bu sərəncamın
1.1-1.2-ci bəndlərində göstərilən sənədlərin
qüvvəyə minməsi
üçün zəruri
olan dövlətdaxili
prosedurların yerinə
yetirilməsi barədə
Misir Ərəb Respublikası tərəfini
xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 16 iyul.- S.
4.