E.Y.Mədətlinin Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında və Əfqanıstan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılması haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:

Eynulla Yadulla oğlu Mədətli Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında Əfqanıstan İslam Respublikasında fövqəladə səlahiyyətli səfiri vəzifələrindən geri çağırılsın.

 

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2010-cu il.

 

Azərbaycan.- 2010.-  16 iyul.- S.  4.