Bir sıra mərkəzi icra hakimiyyəti orqanlarının
strukturlarının təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
"Mərkəzi
icra hakimiyyəti orqanlarının Nümunəvi
Strukturu"nun təsdiq
edilməsi ilə əlaqədar Azərbaycan
Respublikası Prezidentinin
bəzi fərmanlarına
və "Azərbaycan
Respublikası Dövlət
Miqrasiya Xidmətinin strukturunun və işçilərinin say həddinin
təsdiq edilməsi haqqında" 2007-ci il 14
may tarixli 2163 nömrəli
Sərəncamına əlavələr
və dəyişikliklər
edilməsi barədə"
Azərbaycan Respublikası
Prezidentinin 2008-ci il 11
noyabr tarixli 14 nömrəli Fərmanının
icrasını təmin
etmək məqsədi
ilə qərara alıram:
1. "Azərbaycan
Respublikası Ekologiya
və Təbii Sərvətlər Nazirliyinin
strukturu" təsdiq
edilsin (əlavə olunur - Əlavə I).
2. "Azərbaycan
Respublikası Kənd
Təsərrüfatı Nazirliyinin
strukturu" təsdiq
edilsin (əlavə olunur - Əlavə II).
3. "Azərbaycan
Respublikası Nəqliyyat
Nazirliyinin strukturu"
təsdiq edilsin (əlavə olunur - Əlavə III).
4. "Azərbaycan
Respublikası Rabitə
və İnformasiya Texnologiyaları Nazirliyinin
strukturu" təsdiq
edilsin (əlavə olunur - Əlavə IV).
5. "Azərbaycan
Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə V).
6. "Azərbaycan
Respublikası Dövlət
Torpaq və Xəritəçəkmə Komitəsinin
strukturu" təsdiq
edilsin (əlavə olunur - Əlavə VI).
7. "Azərbaycan
Respublikası Qaçqınların və Məcburi
Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin strukturu" təsdiq edilsin (əlavə
olunur - Əlavə VII).
8. "Azərbaycan Respublikası
Dövlət Sosial Müdafiə Fondunun strukturu" təsdiq
edilsin (əlavə olunur - Əlavə VIII).
9. "Azərbaycan
Respublikasının Prezidenti yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın strukturu"
təsdiq edilsin (əlavə olunur - Əlavə IX).
10. "Azərbaycan Respublikası
Milli Arxiv İdarəsinin strukturu" təsdiq edilsin (əlavə
olunur - Əlavə X).
11. "Azərbaycan
Respublikası Müəllif Hüquqları Agentliyinin
strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə
XI).
12. "Azərbaycan
Respublikası Dövlət Dəniz Administrasiyasının
strukturu" təsdiq edilsin (əlavə olunur - Əlavə
XII).
13. "Azərbaycan
Respublikası Dövlət Mülki Aviasiya
Administrasiyasının strukturu" təsdiq edilsin (əlavə
olunur - Əlavə XIII).
14. Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə
tapşırılsın ki, iki ay müddətində:
14.1. Azərbaycan
Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin və
Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturları
barədə təkliflərini hazırlayıb Azərbaycan
Respublikasının Prezidentinə təqdim etsin;
14.2. bu sərəncamın
1-13-cü bəndlərində nəzərdə tutulmuş mərkəzi
icra hakimiyyəti orqanlarının strukturuna daxil olmayan
tabeliyindəki qurumların siyahısını təsdiq etsin
və bu barədə Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
14.3. öz
səlahiyyətləri daxilində bu sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 iyul 2010-cu il
Azərbaycan.- 2010.- 16 iyul.- S.
4.