"Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanına və "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanına dəyişikliklər və əlavələr edilməsi barədə

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

"Azərbaycan Respublikasının 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"yə əlavələr edilməsi barədə" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 1007-IIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 19 mart tarixli 560 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, ¹ 3, maddə 239; 2008-ci il, ¹ 1, maddə 4, ¹ 3, maddə 168, ¹ 8, maddə 722, ¹ 11, maddə 970; 2009-cu il, ¹ 1, maddə 11, ¹ 4, maddə 221, ¹ 7, maddə 532, ¹ 12, maddə 983; 2010-cu il, ¹ 2, maddə 83, ¹ 3, maddə 193) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti haqqında Əsasnamə"yə aşağıdakı dəyişiklik əlavə edilsin:

1.1. 9.31-1-ci bənddə "9.31-1. xidməti-tətbiqi" sözləri "9.31-2. xidməti-tətbiqi" sözləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda 9.32-1-ci bənd əlavə edilsin:

"9.32-1. müəyyən edilmiş qaydada miqrasiya orqanlarının xüsusi vasitələrlə təmin olunması üçün tədbirlər görmək;".

2. "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 25 dekabr tarixli 206 nömrəli Fərmanına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009-cu il, ¹ 12, maddə 994) aşağıdakı əlavə dəyişiklik edilsin:

2.1. 2.1-ci bənddə "62-ci maddəsinin ikinci cümləsində," sözlərindən sonra "77-1-ci maddəsinin ikinci cümləsində," sözləri əlavə edilsin;

2.2. 2.2-ci bənddə "77-ci maddəsində" sözləri "29-1-ci maddəsinin ikinci cümləsində, 77-ci maddəsində 77-2-ci maddəsinin ikinci cümləsində" sözləri ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 15 iyul 2010-cu il

 

Azərbaycan.- 2010.- 16 iyul.- S.  3.