Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında iki sənəd imzalanmışdır

 

İyulun 15-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Portuqaliya Respublikası arasında iki sənədin imzalanması və paraflanması mərasimi keçirilmişdir.

"Azərbaycan Respublikası Xarici İşlər NazirliyiPortuqaliya Respublikası Xarici İşlər Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu"nu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Portuqaliyanın xarici işlər naziri Luis Amado imzalamışlar.

Nazirlər "Azərbaycan Respublikası Hökuməti və Portuqaliya Respublikası Hökuməti arasında diplomatik və xidməti pasportlara malik şəxslər üçün vizaların ləğv edilməsi haqqında Saziş"i paraflamışlar.

 

 

AzərTAc

 

Azərbaycan.- 2010.- 16 iyul.- S.  5.