Türkiyə Prezidenti
Abdullah Gül Nazirlər
Kabinetinin "Türkdilli
Dövlətlərin Əməkdaşlıq
Şurasının yaradılması haqqında" Sazişə
dair qərarını
imzalamışdır
Azərbaycan və Qazaxıstandan sonra Türkiyə də "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinin təsdiq olunması prosedurunu tamamlamışdır.
Türkiyə Prezidenti Aparatının baş katibi Mustafa İsen bildirmişdir ki, Prezident Abdullah Gül "Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması haqqında" Naxçıvan Sazişinin təsdiq olunması ilə bağlı Türkiyə Nazirlər Kabinetinin qərarını imzalamışdır. Beləliklə, qarşıdakı bir ay müddətində "türk dünyasının BMT-si" adlandırılan yeni bir beynəlxalq təşkilat fəaliyyətə başlayacaqdır.
Naxçıvan sazişini təsdiqləməyən yeganə ölkə Qırğızıstandır. Bu ölkədə sabitlik bərpa olunduqdan sonra Bişkekin də proseduru tamamlayacağı bildirilir.
Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvanda IX Türkdilli ölkələrin dövlət başçılarının Zirvə görüşündə imzalanmış bu sazişin təsdiq edilməsinə dair Azərbaycan Respublikasının Qanununu 2009-cu il noyabrın 26-da təsdiq etmişdi.
Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi
müxbiri
Ankara
Azərbaycan.- 2010.- 16 iyul.- S.
6.