Məhkəmələr və
hakimlər haqqında” və “Məhkəmə-Hüquq
Şurası haqqında” Azərbaycan Respublikasının
qanunlarına dəyişikliklər və əlavələr
edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
I. “Məhkəmələr
və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa
(Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu,
1997-ci il, ¹ 5, maddə
413; 1999-cu il, ¹ 5, maddə
284, ¹ 7, maddə 396, ¹ 10, maddə
570; 2001-ci il, ¹ 5, maddə
292, ¹ 6, maddə 379, ¹ 7, maddə
455; 2002-ci il, ¹ 1, maddə
4, ¹ 12, maddə 706; 2003-cü il, ¹ 6, maddə 278;
2004-cü il, ¹ 2, maddə
57, ¹ 3, maddə 133, ¹ 4, maddə
199, ¹ 8, maddələr 597, 598, ¹ 9, maddə 669; 2005-ci il, ¹ 1, maddə 7, ¹ 8, maddə
686; 2006-cı il, ¹ 1, maddə
4, ¹ 12, maddə 1005; 2007-ci il,
¹ 5, maddələr 439, 446, ¹ 7, maddə 712, ¹ 11, maddə
1078, ¹ 12, maddə 1222; 2008-ci il, ¹ 3, maddə 163, ¹ 7, maddə 609; 2009-cu il, ¹ 2, maddə 46, ¹ 11, maddə
878) aşağıdakı dəyişikliklər və
əlavələr edilsin:
1. Qanunun
mətnində ismin müvafiq hallarında verilmiş “Ağır cinayətlərə dair işlər üzrə məhkəmə” sözləri
ismin müvafiq hallarında “ağır cinayətlər məhkəməsi”
sözləri ilə əvəz edilsin;
2. Qanunun
mətnində ismin müvafiq hallarında verilmiş “Ağır cinayətlərə dair işlər üzrə Naxçıvan Muxtar Respublikasının məhkəməsi”
sözləri ismin müvafiq hallarında “Naxçıvan Muxtar Respublikasının ağır
cinayətlər məhkəməsi”
sözləri ilə əvəz edilsin;
3. Qanunun
mətnində “Ağır
cinayətlərə dair
işlər üzrə
Naxçıvan Muxtar
Respublikası məhkəməsinin”
sözləri “Naxçıvan
Muxtar Respublikası Ağır cinayətlər
məhkəməsinin” sözləri
ilə əvəz edilsin;
4. Qanunun
mətnində ismin müvafiq hallarında verilmiş “yerli iqtisad məhkəməsi”
sözləri ismin müvafiq hallarında “inzibati-iqtisadi məhkəmə”
sözləri ilə əvəz edilsin;
5. 19-cu maddədə:
5.1. birinci hissədə:
5.1.1. üçüncü abzas
aşağıdakı redaksiyada
verilsin:
“ağır cinayətlər
məhkəmələri;”;
5.1.2. altıncı abzas çıxarılsın;
5.1.3. yeddinci abzas aşağıdakı redaksiyada
verilsin:
“inzibati-iqtisadi məhkəmələr;”;
5.2. üçüncü hissə
dördüncü hissə
hesab olunsun və aşağıdakı
məzmunda üçüncü
hissə əlavə edilsin:
“Azərbaycan
Respublikasının məhkəmə
sisteminə daxil olan məhkəmələrin
hakimlərinin ümumi
sayı Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndinə
uyğun olaraq müəyyənləşdirilir.”;
6. 22-ci, 33-cü və 44-cü maddələrin
ikinci hissələrində,
27-ci, 30-3-cü və 62-ci maddələrin
üçüncü hissələrində,
53-cü maddənin dördüncü
hissəsində “Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndinə
uyğun olaraq” sözləri “Məhkəmə-Hüquq
Şurası tərəfindən”
sözləri ilə əvəz edilsin;
7. 23-cü, 34-cü, 45-ci maddələrin birinci hissəsinin üçüncü
abzaslarında, 28-ci, 30-4-cü, 57-ci,
66-cı maddələrin üçüncü
abzaslarında “işlərin
həcmini və sayını nəzərə
alaraq hakimlər arasında işləri bölüşdürür” sözləri
“işlərin kargüzarlıq
qaydalarına uyğun
bölüşdürülməsinə nəzarət edir” sözləri ilə əvəz edilsin;
8. V fəslin
adı aşağıdakı
redaksiyada verilsin:
9. “Ağır
cinayətlər məhkəmələri”;
9. 26-cı maddə
aşağıdakı redaksiyada
verilsin:
“Maddə 26. Ağır cinayətlər
məhkəməsinin təşkili
Ağır cinayətlər
məhkəməsinin təşkili,
olduğu yer və ərazi yurisdiksiyası Məhkəmə-Hüquq
Şurasının təklifi
nəzərə alınmaqla
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə
uyğun olaraq müəyyənləşdirilir.”;
10. 34-cü maddənin
ikinci hissəsi çıxarılsın;
11. VII fəsil
çıxarılsın;
12. VIII fəslin
adı aşağıdakı
redaksiyada verilsin:
13. “İnzibati-iqtisadi
məhkəmələr”;
13. 42-ci, 61-ci və
77-ci maddələrin birinci
hissələrində “iqtisadi
mübahisələrə dair”
sözlərindən əvvəl
“inzibati və” sözləri əlavə
edilsin;
14. 45-ci maddənin
ikinci hissəsi çıxarılsın;
15. 53-cü maddənin
birinci hissəsində
“mülki işlər
üzrə kollegiyadan,
iqtisadi mübahisələrə
dair işlər üzrə kollegiyadan, cinayət işləri və inzibati xətalara dair işlər üzrə kollegiyadan və hərbi məhkəmələrin
işləri üzrə
kollegiyadan” sözləri
“mülki kollegiyadan, inzibati-iqtisadi kollegiyadan, cinayət kollegiyasından
və hərbi kollegiyadan” sözləri ilə əvəz edilsin;
16. 54-cü maddənin
üçüncü hissəsinin
ikinci abzasında “məhkəmə kollegiyalarının
tərkiblərini təşkil
edir və hakimləri kollegiyalar üzrə müəyyən
edir” sözləri “məhkəmə kollegiyalarını
və müvafiq məhkəmə tərkiblərini
təşkil edir” sözləri ilə əvəz edilsin;
17. 62-ci maddənin
birinci hissəsində
“mülki işlər
üzrə kollegiyadan,
iqtisadi mübahisələrə
dair işlər üzrə kollegiyadan, cinayət və inzibati xətalara dair işlər üzrə kollegiyadan və hərbi məhkəmələrin işləri
üzrə kollegiyadan”
sözləri “mülki
kollegiyadan, inzibati-iqtisadi
kollegiyadan, cinayət kollegiyasından və hərbi kollegiyadan” sözləri ilə əvəz edilsin;
18. 63-cü maddənin
üçüncü hissəsinin
ikinci abzasında “məhkəmə kollegiyalarının
tərkiblərini” sözləri
“məhkəmə kollegiyalarını
və müvafiq məhkəmə tərkiblərini”
sözləri ilə əvəz edilsin;
19. 78-ci maddədə:
19.1.üçüncü hissədə “mülki işlər üzrə, iqtisadi mübahisələrə
dair işlər üzrə, cinayət işləri və hərbi məhkəmələrin
işləri üzrə
məhkəmə kollegiyaları”
sözləri “mülki
kollegiya, inzibati-iqtisadi
kollegiya, cinayət kollegiyası və hərbi kollegiya” sözləri ilə əvəz edilsin;
19.2.dördüncü
hissədə “Azərbaycan
Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndinə
uyğun” sözləri
“Məhkəmə-Hüquq Şurası tərəfindən”
sözləri ilə əvəz edilsin;
20. 79-cu maddənin
üçüncü hissəsinin
üçüncü abzasında
“Ali Məhkəmənin kollegiyalarının
tərkibini təşkil
edir və hakimləri kollegiyalar üzrə müəyyən
edir” sözləri
“Ali Məhkəmənin hakimləri
sırasından məhkəmə
kollegiyalarını və
müvafiq məhkəmə
tərkiblərini təşkil
edir” sözləri ilə əvəz edilsin;
21. 83-cü maddənin
üçüncü abzasında
“kollegiyalar arasında
işləri və” sözləri “işlərin
kollegiyalar arasında kargüzarlıq qaydasına
uyğun bölüşdürülməsinə
nəzarət edir,” sözləri ilə əvəz edilsin;
22. 84-1-ci maddənin
üçüncü abzasında
“işlərin həcmini
və sayını nəzərə alaraq hakimlər arasında işləri və” sözləri “işlərin
kargüzarlıq qaydalarına
uyğun bölüşdürülməsinə
nəzarət edir,” sözləri ilə əvəz edilsin;
23. 86-cı maddənin
birinci hissəsində
“məhkəmələrin fəaliyyəti
üçün” sözləri
“birinci instansiya məhkəmələrinin fəaliyyəti
üçün” sözləri
ilə, “məhkəmələrin
müvafiq” sözləri
isə “onların müvafiq” sözləri ilə əvəz edilsin;
24. 94-cü maddənin
beşinci hissəsində:
24.1.birinci
cümlədən “və
bir qayda olaraq həmin vəzifəyə iki dəfədən artıq
təkrarən təyin
oluna bilməzlər” sözləri çıxarılsın;
24.2.ikinci
cümlədə “ağır
cinayətlərə dair
işlər üzrə
məhkəmələrin” sözləri
“ağır cinayətlər
məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin”
sözləri ilə əvəz edilsin;
25. 106-cı maddənin
beşinci abzası aşağıdakı redaksiyada
verilsin:
“ağır cinayətlər
məhkəmələrinin, Naxçıvan Muxtar Respublikası ağır cinayətlər məhkəməsinin,
hərbi məhkəmələrin
və inzibati-iqtisadi məhkəmələrin sədrlərinə
Ali Məhkəmə sədrinin
vəzifə maaşının
80 faizi həcmində;”.
II. “Məhkəmə-Hüquq
Şurası haqqında”
Azərbaycan Respublikasının
Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2005-ci il, ¹ 1, maddə 8, ¹ 8, maddə
686; 2006-cı il, ¹ 1, maddə
4; 2007-ci il, ¹ 4, maddə
321) aşağıdakı dəyişiklik və əlavələr edilsin:
1. 6.7-ci maddə
çıxarılsın;
2. 11.0.1-ci maddədə
“və hakimlərin” sözlərindən sonra
“ümumi” sözü
əlavə edilsin;
3. Aşağıdakı
məzmunda 12.0.3-1-ci maddə
əlavə edilsin:
“12.0.3-1. hakimlərin
ümumi sayı çərçivəsində Azərbaycan Respublikasının
məhkəmə sisteminə
daxil olan məhkəmələrdə hakimlərin
sayını müəyyən
etmək;”.
III. Keçid
müddəaları:
1. Ağır
cinayətlərə dair
işlər üzrə
Azərbaycan Respublikasının
məhkəməsi və
Ağır cinayətlərə
dair işlər üzrə Azərbaycan Respublikasının hərbi
məhkəməsi bu
Qanunda nəzərdə
tutulmuş ağır
cinayətlər məhkəmələri
təşkil olunana və onların hakimləri təyin edilənədək səlahiyyətlərinin
həyata keçirilməsini
davam etdirirlər.
2. Yerli iqtisad məhkəmələri
bu Qanunda nəzərdə tutulmuş
inzibati-iqtisadi məhkəmələr
təşkil olunana və onların hakimləri təyin edilənədək səlahiyyətlərinin
həyata keçirilməsini
davam etdirirlər.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 iyun 2010-cu il.
Azərbaycan.- 2010.- 17 iyul.- S.
1.